Gündəm

 

Azərbaycan ordusunun Qarabağda apardığı 44 günlük müharibənin təcrübəsi daha bir NATO ölkəsində silahlanma məsələsinə yenidən baxmaq barədə müzakirələrə səbəb olub.

Virtualaz.org alman KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan ordusunun zərbə və kəşfiyyat məqsədi ilə PUA-ların geniş çevşidindən kütləvi şəkildə istifadə etməsindən sonra Almaniya ordusunun da bu sistemlərlə silahlanmasını sürətləndirmək çağırışları eşidilir. Lakin Bundestaqda hakim koalisiyanın ortağı olan sosial-demokratlar gözlənilmədən dronlara qarşı çıxıblar.

Münhen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger "Der Tagesspiegel” qəzetinə müsahibəsində deyib ki, gələcəkdə Bundesver döyüş dronları olmadan keçinə bilməz. Və bunu Qarabağda gedən 44 günlük müharibə göstərir. İşingerə görə müharibənin nəticəsini böyük ölçüdə pilotsuz döyüş vasitələri müəyyən edib. "Biz aciz Ermənistan ordusunun yerində ola bilmərik”,-nüfuzlu diplomat bildirib.

İşinger deyib ki, pilotsuz döyüş sistemləri gələcəyin döyüş vasitələridir və indi kimin pulu varsa bu sistemlərlə silahanır. Ona görə də Almaniya bu işdən kənarda qala bilməz. Diplomat qeyd edib ki,Almaniya ordusu xaricdə təhlükəli əməliyyatlarda iştirak edir və dövlət öz əsgərlərini müdafiə etmək üçün pulla alınması mümkün olan heç nəyi əsirgəməli deyil.

İşinger pilotsuz qurğuların hərbi məqsədlərlə istifadəsinə qarşı irəli sürülən bütün arqumentləri rədd edir. Onun sözlərinə görə, hədəfi pilotsuz qurğu ilə məhv etməklə qırıcının kabinəsindən düyməni basıb raket buraxmaqla məhv etməyin arasında mənəvi baxımdan heç bir fərq yoxdur.

"Məhz Qarabağdakı münaqişə göstərir ki, əsgərlərin müdaiəsi üçün pilotsuz sistemlər lazımdır. Biz ki, aciz Ermənistan ordusunun yerində olmaq istəmirik, hansı ki, hər gün havadan dronların köməyi ilə məhv edirdilər və onun heç bir müdafiə vasitəsi yox idi”,-İşinger bildirib.

 Məsələ burasındadır ki, hələ Qarabağ müharibəsinə qədər Almaniya ordusunun zərbə PUA-ları ilə təchiz edilməsi barədə müzakirələr gedirdi. Almaniyanın İsraildən 5 Heron TP pilotsuz təyyarəsini alması praktiki olaraq həll edilmiş məsələ idi.  Müharibədən sonra isə Almaniya Müdafiə Nazirliyi həmin PUA-ların raketlər daşıyan variantını da əldə etmək barədə danışıqları sürətləndirmişdi.

Lakin müharibədən sonra gözlənilmədən parlamentdə sosial-demokratlar bu plana qarşı çıxdı. Partiyanın həmsədri Horbert  Valter-Boryans hesab edir ki, alman əsgərinin həyatının qorunması ilə hansısa coystiki basmaqla kimisə öldürmək arasında incə sərhəd keçir. Ona görə də belə məsələlərdə ətraflı müzakirə aparmadan qərar vermək olmaz. Lakin sosial-demokratların dronlardan döyüş əməliyyatlarında istifadənin hansısa mənəvi prinsiplərə zidd olması barədə mövqeyini həm Müdafiə Nazirliyində, həm parlamentdəki digər fraksiyalarda şübhəli və əsassız hesab edirlər. Çünki robotlaşdırılmış döyüş sistemlərinin artıq gələcəyin müharibələrinin başlıca vasitələri olacağı heç kimdə şübhə doğurmur.

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər