Cəmiyyət

Ermənistanın müharibə cinayətləri Meksika mətbuatında - FOTO
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
Meksikanın nüfuzlu ingilisdilli mətbu orqanı olan "Pulse News Mexico" qəzetində tanınmış jurnalist Teresa Marqolisin "Azərbaycan Ermənistanla niyə müharibədədir" (WhyAzerbaijan is at war with Armenia) başlıqlı məqaləsi dərc olunub.

Bununla bağlı Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

 

Məqalədə beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının 27 il ərzində qanunsuz olaraq Ermənistanın işğalı altında olduğu və Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymayaraq bu əraziləri tərk etməkdən imtina etdiyi qeyd olunur.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonu işğal etdiyi və bir milyona yaxın dinc əhalinin öz yurdlarından didərgin salındığı oxucuların diqqətinə çatdırılır, Azərbaycan ərazilərinin ermənilər tərəfindən vəhşicəsinə işğalının beynəlxalq ictimaiyyət tərəfindən "planlaşdırılmış etnik təmizləmə" kimi qəbul edildiyi vurğulanır.

1994-cü ildə iki ölkə arasında atəşkəs rejiminin elan olunmasına və beynəlxalq təşkilatların vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqlara baxmayaraq, Ermənistanın tərəfindən dəfələrlə təxribata əl atıldığı və atəşkəs rejiminin pozulduğu bildirilir.

Azərbaycanın münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışdığı, lakin Ermənistan tərəfindən münaqişənin həlli istiqamətdə heç bir addım atılmadığı bildirilir.

Məqalədə həmçinin, Ermənistanın bu gün də Azərbaycan torpaqlarını işğal edərək istismar etdiyi, bir vaxtlar məhsuldar olan tarlaları yandırdığı, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlə məşğul olduğu, həmin torpaqlardan çıxan qızıl və digər təbii sərvətlərdən 30 il ərzində olduğu kimi istifadə etdiyi qeyd edilir.

Müəllif qeyd edir ki, dünya birliyinin COVID-19-a qarşı mübarizə apardığı bir dövrdə Ermənistan yenidən təxribata əl ataraq cari ilin iyul ayında yenidən atəşkəs rejimini pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib, ağır artilleriya qurğularından istifadə edərək Azərbaycanın Tovuz rayonu istiqamətini atəşə tutub. Həmin dövrdən başlayaraq dəfələrlə Ermənistan tərəfinin təxribatları ilə cəbhədə gərginliyin yaşandığı qeyd olunur.

Məqalədə həmçinin Azərbaycan tərəfinin haqlı olaraq uzun illər boyu diplomatik yollarla həll edilə bilməyən münaqişəni 30 il bu ədalətsizliyə dözdükdən sonra işğal olunmuş torpaqlarını azad etməklə həlli qərarına gəldiyi vurğulanır və torpaqlarını düşmən işğalından tamamilə azad etməyənədək dayanmayacağı qeyd olunur. Həmçinin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini ballistik raketlərlə atəşə tutduğu oxucularn diqqətinə çatdırılır.

Son üç həftə ərzində Azərbaycan ordusunun Füzuli, Cəbrayıl və Zəngilan rayonlarını, həmçinin İran İslam Respublikası ilə sərhəd əraziləri işğaldan azad etdiyi bildirilir və bu müharibədə Azərbaycanın qalib olduğu vurğulanır.

Müəllif bu müharibənin əsas səbəbinin Ermənistanın qanunsuz olaraq Azərbaycan torpaqlarını işğal etməsi olduğunu, Ermənistanın bu münqaişə boyu hər zaman təcavüzkar olduğunu və Azərbaycanın haqlı olaraq öz torpaqlarını işğaldan azad etməyə çalışdığını bir daha oxucuların diqqətinə çatdırır.

(Big.az)
Ermənistanın müharibə cinayətləri Meksika mətbuatında - FOTO

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər