Gündəm
Gündəm
“Həmkarın həmkara əl qaldırması məncə, qeyri-etikdir”
PFL prezidenti Ramin Musayev "Neftçi” – "Sumqayıt” oyununda baş verən qalmaqala münasibət bildirib. "MUMTV.az” xəbər verir ki, qurum rəhbəri belə hadisələrin baş verməsini pisləyib.
Musayev məşqçilərin bir-birinə əl qaldırmasını qeyri-etik hesab etdiyini dilə gətirib: "Belə şeylər olmamalıdır. Ən pisi isə məşqçinin məşqçiyə əl qaldırmasıdı. Futbolda qalan hər şey olur - hakim də, futbolçu da, məşqçi səhvi də. Ancaq həmkarın həmkara əl qaldırması məncə, qeyri-etikdir. Belə olmamalıdır, baş verməsi düzgün deyil”./Qafqazinfo