Sosial

Azərbaycanda vəkillərin sayı yetərlidirmi? - Qeyri-peşəkar vəkillər VƏTƏNDAŞI ÇƏTİN DURUMA SALIRLAR
 
 
 
 
 
 
 
 

Ölkəmizdə vəkillərin sayının azlığı ilə bağlı cəmiyyətdə bir fikir formalaşıb.

Belə ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda adambaşına düşən vəkil sayı çox hesab olunmur.

Maraqlıdır, görəsən bu yanaşma nə dərəcədə doğrudur? Doğrudanmı, ölkədə vəkil qıtlığı yaşanır?

Mövzu ilə bağlı vəkil Emin Kiçikbəyov Redaktor.az-a açıqlamasında bildirib ki, vəkillərin sayını heç də az hesab etmək olmaz. Əksinə, vəkilliyə qəbul prosedurlarının sadələşdirilməsi bu sahəyə marağı daha da artırıb:

"Mövcud vəziyyətdə vəkillərin sayı 1600  nəfərdən çox artırılıb və eyni zamanda vəkilliyə qəbul prosedurları sadələşdirilib. "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamından sonra həyata keçirilən tədbirlər nəticəsində vəkilliyin inkişafı göstərir ki, bu peşəyə maraq xeyli artıb. Hətta, hüquqşünaslar da vəkil olmaq istəyirlər. Təkcə Bakıda deyil, regionlarda fəaliyyət göstərən hüquqşünaslar da vəkil olmaq arzusundadırlar. Bütün hallarda  vəkillərin minimal peşə standartları, onların vəkillik peşəsinə daxil olmalarının institusional normativləri, şübhəsiz ki, mövcud olmalıdır”.

Vəkil vurğulayıb ki, bu sahədəki əsas problem  qeyri-hüquqşünasların sayının çoxalmasıdır:

"1-ci və apellyasiya instansiyası məhkəmələrində vətəndaşları çoxsaylı qeyri-hüquqşünaslar ordusu təmsil etməkdədir.  Nəticədə bu cür təmsiletmənin fəsadları vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Həmçinin bu cür qeyri-peşəkar təmsiletmənin nəticəsində kassasiya instansiyasında vətəndaşı təmsil edən vəkillərin hüquqi müdafiə imkanları da tükənmiş olur. Çünki müdafiə taktikası əvvəlcədən peşəkar tərəfindən qurulmur”.

Vəkil vasitəsilə təmsil olunmanın müsbət addım olduğunu bildirən E. Kiçikbəyov bildirib ki, yüksək keyfiyyətli hüquqi yardım baxımından 3 imtahan vermiş vəkil ortaya daha səmərəli iş çıxara bilir:

"Keyfiyyətli hüquqi yardım peşəkarlar tərəfindən həyata keçirilməlidir. Vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna görə vəkil maddi məsuliyyət daşıyır və bu məsuliyyətə zəmanət vermək məqsədi ilə yaradılmış vəkillərin sığorta bank hesabından şəxsə vurulmuş zərər ödənilir”.

Vəkillər Kollegiyasının üzvü olaraq öz peşəsindən razı olan E. Kiçikbəyova görə, indiki şəraitdə vəkilliklə bağlı ciddi problemlər müşahidə olunmur:

"Vəkillik institunun fəaliyyətinin inkişaf etdirilməsi və ölkədə vəkillərin sayının artırılması Vəkillər Kollegiyasının Rəyasət Heyətinin birbaşa diqqətindədir. Və demək olar ki, hər il bir neçə imtahanlar keçirilir. Yəni vəkillərin sayı nəzərdə tutulan saya çatdırılacaq. Vəkillər Kollegiyasının  sədri Anar Bağırovun gördüyü işlər göz qabağındadır. Ölkəmizdə vəkillik günü-gündən inkişaf edir və daha da inkişaf edəcək. Vəkilliklə bağlı hələlik bir nöqsan görmürəm. Nöqsanlar varsa, bu problemlər zamanla  aradan qaldırılacaq”.

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər