Gündəm
Gündəm
Əsgər çatışmır: Paşinyan elə tapşırıq verdi ki...
Ermənistan ordusunda şəxsi heyət çatışmazlığı maksimum həddə çatıb.
Mumtv.az bildirir ki, bunu sübut edən fakt Paşinyanın Feysbukdakı canlı yayımında səsləndirdiyi fikirlər olub.
Belə ki, canlı yayım zamanı merlər, yerli idarəetmə orqanlarına müraciət edən Paşinyan onlardan "özünümüdafiə dəstələri” formalaşdırmasını istəyib.
Qeyd edək ki, ciddi şəxsi heyət və zabit çatışmazlığı səbəbindən Ermənistan özünümüdafiə dəstələri yaradaraq, onları Qarabağa döyüşlərə göndərmək istədiyini ötən gün açıqlamışdı.
(Axar.az)