Gündəm

Deputat Naqif Həmzəyev seçiciləri qəbul etdi FOTO

Milli Məclisin deputatı Naqif Həmzəyev ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşlarla birbaşa ünsiyyət imkanları məhdud olmasına baxmayaraq seçicilərini diqqətdən kənarda qoymur.

Mumtv.az "Yeni Gündəm”ə istinadən xəbər verir ki, seçicilərlə daim ünsiyyət qurmaq üçün yaradılan Hamzayev.az adlı internet portalı vasitəsi ilə millət vəkili onlayn şəkildə onlarla görüşlər keçirir, hər bir müraciət və təklifə həssaslıqla yanaşır.

Deputat Naqif Həmzəyev seçiciləri qəbul etdi FOTO

Millət vəkilinin seçicilərlə növbəti görüşü də onlayn şəkildə həyata keçirilib. Vətəndaşların arzu və istəklərini səbrlə, təmkinlə, qayğı ilə dinləyən Naqif Həmzəyev qlobal problem olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib. Pandemiya dövründə karantin rejiminin bütün tələblərinə əməl edilməsinin vacibliyini bildirən millət vəkili vətəndaşlara həm özlərini, həm də yaxınlarını xəstəlikdən qoruma, ətrafdakıları risk altına qoymamaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına ciddi şəkildə riayət etməyi tövsiyə edib.

Deputat Naqif Həmzəyev seçiciləri qəbul etdi FOTO

Naqif Həmzəyev seçiciləri narahat edən problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini diqqətinə çatdırıb, məşğulluq, sosial və tibbi yardımlarla bağlı müraciətlərin nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılacağını bildirib.

Onlayn görüşdə iştirak edən sakinlər bu pandemiya dövründə də seçicilərini bir an da olsun diqqətsiz qoymayan deputatlarına minnətdarlıq ifadə ediblər.


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər