Gündəm
Gündəm / İdman
Çempionlar Liqası: "Qarabağ" "Nyukasl" səfərində
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.
"MUMtv.az" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərədə "Nyukasl"la münasibətlərə aydınlıq gətirəcək.
Matç saat 00:00-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.
Xatırladaq ki, Bakıdakı ilk görüşdə "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.
24-02-2026, 09:00
