Gündəm
Gündəm / Mədəniyyət
SÖZÜN RUHU... - Nəsib Abid (filoloq )
Son vaxtlar sosial şəbəkələrdə canlı klassik şairimiz Xalidə Hicranın bədii yaradıcılığı haqqında bir- birindən maraqlı yazılara rast gəlirəm. Sözün düzü, bu, məni çox duyğulandırır. Deyim ki, hətta sevinirəm. Çünki indiki zamanda insanlara nəyisə bəyəndirmək şox çətindir. Hətta müasir klassikaya ağız büzənlər də tapılır. Nəsib Abidin bu yazısı xoşuma gəldi. Hiss olunur ki, klassik poeziyamızı yaxşı bilir.Ona görə də “ DogruXeber.tv” saytının rəhbərliyindən xahiş etdim ki, bu yazını öz səhifələrində versinlər.Bilirdim ki, həmişə, hər zaman haqqın, ədalətin yanında olan bu insanlar doğru sözə, fikrə, düşüncəyə, sənətə də yüksək qiymət verirlər. Sağ olsunlar.
Nizami TƏHMƏZOV
Sözün nuru, onun həyat hikmətini ifadə etməsi ilə üzə çıxır.
Sözün fikir-düşüncə bağı, ruhun həyat oyanışına kökləyir insanı.
Düşüncənin könül alqısını düşünməklə,insanın ömür kitabının səhifələri yazılır.
Sözün və düşüncənin həyat hikməti ilə,könül kövrəkliyini yaradan Şairə #Xalida Hicran Seyidova özünün ruhi-mənəvi duyarlılığı, klassik poeziya irsinin qorunması ilə, "Söz xəzinəsi"ni yarada bilmişdir.
Şairənin dörd cildlik poeziya irsi , ruhun həyat üzünü göstərməkdədir.
..."Hikmət xəzinəsi"
..."Hicrannamə ";
..."Sənətin sənətkarı ";
..."Söz xəzinəsi"..
”Dord cilddən ibarət “ hikmət xəzinəsi” kitabının hər biri, öz həyati mənası ilə oxucunun həyat baxışına yol göstərir .
Desən:- unutmuşam düşır izinə,
Diləyin-arzusun ,"qara" bağlayar.
Analar övladın acısın çəksə,
Ölüm də ,Ananın halın ağlayar!
Həyatın mənasın axtarsan bir vaxt,
Bir sirri vardır ki,çözülmür heç vaxt.
Heç qoyan olmadı, ölümə düz vaxt,
Dilin də kəlməsi tükənir o vaxt
***
"Həyat insanı"nın ömür dastanı, onun əməllərinin iç üzünü aşkara çıxardır.
Ruhun görsəl üzünün qayğıları, daima düşüncənin zamanı ilə üst-üstə düşür.
Duyğuların metabolik tutumunu moralizə edən, fikirlərin həyat statusudur.
Xalidə Hicranın lirikasında düşüncənin həyat varlığına nur saçılır.
***
"Sola-sağa" ,dönəndə,
Ürək ,"köynək" çəkəndə ..
"Dərd"var, gəldi- gedərdi,
"Dərd" var üzə dirəndi.
"Dərd"var, dağlar qədərdi,
Hərəsi bir rəngdədi..
"Dərd"var, kimə "qədər"di,
"Dərd"var, çıxıb gedəndi.
***
Düzlük və doğuluq insan düşüncəsinin həyat məntiqini gücləndirir.
Sağlam düşüncənin həyat qayəsi, insan şəxsiyyətinin məzmununu realizə edir.
Düşüncənin həyati məzmununu formalizə edən, fikirlərin həyat axışıdır.
Xalidə Hicranın lirikasında, düşüncənin könül alqısı,dürüstlüyün məntiqini aşkara çıxardır.
***
Var isə gözündə əgər bir zirvə,
Əgər ki, yüz çaqqal,"yüz "quduz " hürə,
Yer istər düz olsun, istərsə"kürə",
"Düz" yeri "kürə"də ,məqsədə gorə.
Gecə-gündüz çalışsan ki, salasan "nankor"u razı,
Olar "zay", zəhmətin daima danar "haqq"ın o narazı.
***
Həyatın hikməti, həmişə insanlığın yaşam dünyasını dəyişdirir.
Duyğuların isterikası,fikrin həqiqət üzünün söyləmini dilə gətirir.
Təcrübə mübadiləsi, insan həyatının mənəvi dayağıdır.
Xalidə Hicranın poeziyası ruhun həyat üzünün qayğılarıını əks etdirir.
***
Hiylənin olsa da min bir çeşidi,
Heç biri görməz, yenə o behişti.
Düzlüyün olsa da, tək bircə üzü,
Min astar içi"ndən seçilər özü.
Doğrunu boğsa da, min cür yalanlar,
Doğrular qurtulub, yenə yaşarlar!
Mənbəyi durusa bulağın suyu,
Bulandırsalar da, dəyişməz "huy"u!
***
Bəzən davranışların həyat üzünün qayğıları, daima insanın həyat təcrübəsini zənginləşdirir.
Təcrübə mübadiləsi, ruhun həyat kövrəkliyini incəliyinə qədər öyrədir insana.
Hissi və zehni olaraq insanın səhvləri, onun əməllərinin dəyərinə bağlıdır.
Xalidə Hicranın poeziyası, ruhun görsəl üzünün ülviyyətinə yol açması ilə seçilir.
***
Başından muğayat ol, ayağın səni yıxar,
Başından çəkinməsə, burnun çox yerə girər.
Maraqsızsa söhbətin, dil Səni dara çəkər,
Uzandıqca söz-söhbət, çox sirri açıb- tökər .
Yamyaşıl yonca, onu sevər "dəvə-köşək",
Amma, onu yesə Qəssabda can verəcək.
Ya bir yemək-içmək, ya çoxlu söz-söhbət etmək,
Ölçüsünü bilməsən, Sənə ziyan verəcək.
Həcmindən artıq dolu qazan, əgər aşıb-tökülsə,
Ətrafında nə varsa, hamısın çirklədəcək.
***
Klassik poeziya irsi,düşüncənin həyat etalonudur.
Hikməti ilə könül dünyasının gözəlləşməsinə yol açan əsərlər, daima insanın ömür kitabının aynasına öz izini salır.
Fəlsəfi düşüncədəki hikmətlə, həyat düşüncəsindən alıntı insan həyatının mənəvi dayanıqlığını gücləndirir.
Xalidə Hicranın poeziyası, öz həyati kimliyi ilə, oxucunun həyat baxışına öz təsirini göstərir.
Şairənin lirikasının həyat fəlsəfəsi, həyatın izahını verir.
Uğurlar arzulayıram Şairə xanıma.
9-10-2025, 16:17