Gündəm


Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti rayonun Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satıb.

MUMtv.az  xəbər verir ki, belə bir iddianı “Star City Construction” MMC irəli sürüb.

Adıçəkilən MMC-nin Publika.az-a göndərdiyi şikayət ərizəsində bildirilir ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən 4,44 ha torpaq sahəsi “Star City Construction” MMC-nin daimi istifadəsinə verilib.

Bu sərəncamdan sonra, “Star City Construction” MMC tərəfindən ərazini layihələndirilmə-planlaşdırma işlərinə başlanılıb. Ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb, təsdiq edilib. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin eskiz layihəsinin razılaşdırılması barədə 14.03.2018-ci il tarixli məktub verilib.

Lakin bütün bunlardan sonra məlum olub ki, eyni torpaq sahəsi “Ailə Park” MTK adlı bir şirkətə də ayrılıb. Məsələ ilə bağlı “Star City Construction” MMC tərəfindən dərhal Nərimanov rayon və Bakı şəhər icra hakimiyyətlərinə, Nazirlər Kabinetinə çoxsaylı rəsmi müraciətlər edilib. Lakin uzun müddət heç bir rəsmi cavab verilməyib.

Həmçinin qeyd edilib ki, Nərimanov Rayon İcra Hakimiyyəti əvvəlki sərəncamın (“ESRA” MMC ilə bağlı olan hissə) ləğvini nəzərdə tutan 01.10.2018-ci il tarixli, 356 saylı sərəncama “Star City Construction” MMC-yə aid 16.07.2018-ci il tarixli, 296 saylı sərəncamın da ləğv olunması barədə bənd əlavə edib. Bununla bağlı da əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.

Beləliklə, 16 iyul 2018-ci il tarixli “Star City Construction” MMC-yə aid sərəncam hazırda qanuni qüvvəsindədir. Lakin aradan 5 aydan çox vaxt keçməsinə baxmayaraq Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən iş üzrə dərhal qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.09.2024-cü il tarixli Qərarın icrası ilə bağlı heç bir addım atılmayıb. Ərazidə “Ailə Park” MMC tərəfindən işlərin aparılması da dayandırılmayıb.

Şirkət iddia edir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilmiş tapşırıqlar belə yerinə yetirilmir.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd olsa və sorğu ünvanlansa da cavab almaq mümkün olmayıb.// Publika.az
















20-09-2025, 11:00

Son xəbərlər

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər keçirdi - Foto

Qəzzada atəşkəsin müşahidəsini aparacaq ABŞ hərbçiləri İsrailə çatıb

Seysmoloji Mərkəzdən Bakıda vulkan püskürməsi ilə bağlı açıqlama

“Xəmsə xalçayuma” dan şikayət

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

AYNA-nın aeroportda taksi dəyişikliyindən sonrakı xaotik vəziyyət — VİDEO

Dövlət xətti ilə nə qədər ipoteka verilib?

Agentlik rəhbəri Məcnun Məmmədova meydan oxuyur - İLGİNC FAKTLAR

"Keçən ilin may ayından evimdə qaz yoxdur..." - NARAZILIQ VAR...

Prezident Sevil Əliyevanı “Şərəf” ordeni ilə təltif etdi

MTN generalı azadlığa çıxdı

Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? - BELƏ DAVAM EDƏRSƏ...

Azərbaycanda orta aylıq maaş bu qədər oldu

Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol – “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!

Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq

Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

Bakı metrosunda sərnişin öldü

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan beş il ötür

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Binəqədi rayonunda yeni qanunsuz obyekt tikintisi üçün ərazi hazırlanır? -Ağaclar belə məhv edilir-Fotofakt

DYP sürücülərə müraciət etdi

Şengen zonasına giriş qaydaları dəyişir

Dayanacaqlarla əlaqədar vahid qurum müəyyən ediləcək

Elm və Təhsil Nazirliyinin şübhəli təmirləri: Məktəblər niyə açıqlanmır?

Azərbaycan parapauerliftinqçisi dünya çempionatında 2 gümüş medal qazandı

Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı –Əvvəl qalib seçir, sonra uyğun görmür

“Şirin Su”dan şikayət: Çatlamış və ya natəmiz bidonlar göndərirlər

"Cəlilabad Şərab-2"də yoxlama: Pul vəsaitləri gizlədilib...

Eldar Əzizovun “it yemləri imperiyası”: 426 min manatlıq tenderin kölgəsində sahibsiz küçələr

Dövlət xidmətləri ilə bağlı yeni qanun qəbul ediləcək

Küçə və meydanlara ad verilməsi qaydası DƏYİŞİR

Deputat oğlunun “Kristal Bakı” ASC şirkəti haqqında araşdırma başlayıb – Şikayətlər əsasında

Bütün xəbərlər