Gündəm
Gəncədə koronavirusa yoluxanların artması polisi hərəkətə gətirdi — VİDEO
Mayın 4-dən ölkənin əksər bölgələrində karantin rejimi ləğv olunsa da, bu qərar bəzi şəhər və rayonlara, o cümlədən Gəncəyə şamil olunmadı.
Odur ki, polis və Daxili Qoşunların xidmətçilərindən ibarət naryadlar şəhərin müxətlif bölgələrində müntəzəm nəzarət tədbirləri həyata keçirir.
Mumtv.az demokrat.az-ın məlumatına əsasən xəbər verir ki, növbələrdə sosial məsafənin pozulması hallarına sıx rast gəlindiyindən bank və poçt filialları yerləşən ərazilərdə əlavə tədbirlər görülür. Hətta maskası olmayan şəxslərə polis tərəfindən maskalar paylanır.
Gəncədə yoluxma riskinin hələ də yüksək olduğu nəzərə alınaraq yoxlama tədbirləri güclənirilib.
Narıncı bölgə elan olunan Gəncədə polisin xüsusi rejimdə fəaliyyəti karantin müddətinin sonuna qədər davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: