Gündəm

"Azərbaycanda Çin istehsalı olan smartfonların qiymətlərində təxminən 5%-dək artım müşahidə olunur və bazarda bu məhsulun ehtiyatı tükəndikcə qiymətlər daha da arta bilər”.

Mumtv xəbər verir ki, bunu "APA-Economics”ə "MiMobile” şirkətinin İdarə Heyətinin üzvü Cümşüd Əliyev deyib.

Onun sözlərinə görə, hazırda bazarda qiymətlərin artması daha çox spekulyativ xarakter daşıyır: "Tələbin stabil qalaraq, təklifin isə azalması səbəbindən bazar iştirakçılarının əksəriyyəti bu fürsətdən istifadə edib, qiymətləri qaldırılar. Bu hal, hələ ki, pərakəndə qiymətlərə təsir etməsə də, topdansatış qiymətlərdə müşahidə olunur. Koronavirusun yayılması səbəbindən Çində zavodlar yanvar ayından istehsalı dayandırıb, tətilə çıxıblar. Onların işləri fevralın 20-dən sonra bərpa olunacağı gözlənilir. O vaxtadək və boş anbarlar sifarişləri alanadək məhsul təchizatında qıtlıq yaranacaq”.

Şirkətin İdarə Heyətinin üzvü əlavə edib ki, istehsalçılar işləmədikləri müddətdə dəyən ziyanı məhsulun qiymətinə əlavə edəcəklər. Bu isə o deməkdir ki, gələcəkdə həm komponentlərin, həm də hazır məhsulun qiymətində artım ola bilər.

"Hazırda yerli idxalçılar alternativ variantlar axtarır və artıq ölkəyə Hindistanda istehsal olunan məhsullar gətirilir. Bunlar xüsusilə "Xiaomi”nin Hindistandakı zavodlarında istehsal olunan smartfonlardır. Bu cihazlar keyfiyyət baxımından digər zavodlarda istehsal olunan məhsullardan geri qalır. Alıcılar buna diqqət yetirməlidir”, – deyə C. Əliyev bildirib.  /Yeni Sabah/

Son xəbərlər

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Bütün xəbərlər