Gündəm

Suriyada öldürülən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı Mərkəzinin dörd zabiti Hələb yaxınlığındakı döyüşlərdə yox, Latakiya ətrafında hakimiyyət qoşunlarının tam nəzarət etdiyi ərazidə qətlə yetirilib.

DogruXəbər.az xəbər verir ki, bunu "Novıy qazeta” öz mənbələrinə istinadən yayıb. Latakiyanın həddən artıq sakit yer olduğu bildirilən xəbərdə FTX zabitlərinin tələyə düşdüyü vurğulanıb. Döyüşçülərin FTX-nın snayperlərinin hərəkət marşrutunu dəqiq bildiyi və onların zirehli avtomobilini uzaq məsafədən partlatdığı qeyd edilib.

Kontuziya alan zabitlər ürəyindən və gicgahından yaxın məsafədən açılan atəşlə qətlə yetiriliblər:

"Sual yaranır ki, Xüsusi Təyinatlı Mərkəzin snayper qrupu Suriyada nə işlə məşğul olub? Mənbələrimizin məlumatına görə, zabitlər ezamiyyətdə öz adlarıyla olmayıblar. Onların xüsusi tapşırıqla Suriyaya gəlməsini az şəxs, o cümlədən bir neçə suriyalı bilirdi. Yəqin ki, zabitləri satıblar. Onları savaş eskalasiyası məqsədiylə satıblar”.

İddiaya görə, Türkiyə-Suriya sərhədində yerləşən Kasab şəhərində Suriya və Türkiyənin ali rəhbərlərinin görüşü hazırlanır və Dəməşq Rusiyadan görüşün təhlükəsizliyinin təminatı üçün yardım istəyib. Məhz bunun icrası üçün əraziyə 4 FTX zabitinin göndərildiyi, onların görüşün keçiriləcəyi ərazinin kəşfiyyatını apardığı, geri qayıdarkan tələyə düşdükləri qeyd olunub:

"FTX-nın məhz bu zabitlərinin Suriyaya göndərilməsi təsadüf deyil. Bu, onların yanvar ayında Suriyaya ikinci ezamiyyətidir. İlin əvvəlində onlar Dəməşqə səfər zamanı Putinin təhlükəsizliyinin təminində iştirak ediblər. Əgər FTX zabitlərinin tələyə düşməsi barədə informasiya həqiqətdirsə, o zaman qətl məqsədyönlüdür və bununla kimsə Türkiyə-Suriya danışıqlarını pozmaq istəyir. Suriyadan olan son xəbərlərə əsasən, provokasiya baş tutub. Fevralın 3-də Suriya ordusu İdlibdəki Türkiyə ordusuna artilleriya atəşi açıb. Böyük ehtimalla atəş əmri və FTX zabitlərinin öldürülməsi tapşırığını Bəşər Əsəd ətrafındakı "müharibə partiyası” verib. Artıq bu gün heç bir danışıqlardan söhbət gedə bilməz”.  /Axar.az/

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər