Gündəm

Nüfuzlu “Mining Journal” nəşri “Daşkəsən dəmir filizi” layihəsinə geniş məqalə həsr edib - FOTO

Böyük Britaniyanın nüfuzlu “Mining Journal” nəşrinin onlayn resurslarında – “mining-journal.com” və “miningnews.net” veb-səhifələrində “AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin icra etdiyi “Daşkəsən dəmir filizi” layihəsi ilə bağlı geniş məqalə dərc edilib.

"MUMtv.az" bildirir ki, məqalədə Cənubi Qafqazın ən böyük qara metal filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi, mütərəqqi beynəlxalq təcrübə və müasir texnoloji həllərlə dəmir istehsalı zəncirinin yaradılması istiqamətində həyata keçirilən fəaliyyətdən bəhs olunub. Qeyd edilib ki, mədən şirkəti ixracyönümlü polad məhsullarının hazırlanması üçün yüksək keyfiyyətli xammala artan tələbatın ödənilməsi məqsədilə ilkin mərhələdə dəmir konsentratının istehsalı üçün Zənginləşdirmə zavodunun inşasını planlaşdırır. Növbəti mərhələdə zənginləşdirilmiş konsentratdan xammal qismində mexaniki və kimyəvi uyğunluğun təmin edilməsi üçün aralıq məhsul olan pellet istehsalı infrastrukturu – Pellet zavodu qurulacaq. Daha sonra pellet son məhsul olaraq 95% dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (HBI – Hot Briquetted Iron) istehsalı üçün inşa ediləcək HBI zavoduna yönəldiləcək.

Nüfuzlu “Mining Journal” nəşri “Daşkəsən dəmir filizi” layihəsinə geniş məqalə həsr edib - FOTO

Məqalədə, həmçinin zavodların layihələndirmə mərhələsindən başlayaraq müasir ekoloji tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qlobal tendensiyaların nəzərə alındığı qeyd olunub. İstehsal zəncirinin son halqası olan HBI texnologiyasının klassik yanaşma ilə müqayisədə karbon qazı emissiyasının 60%-dək azaldılmasına imkan yaratdığı, bu texnologiyanın gələcəkdə istehsal prosesində hidrogenə keçid edilməsinə, beləliklə “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə imkan yaradacağı diqqətə çatdırılıb. Bununla “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində zavodların ekoloji statusunun möhkəmləndiriləcəyi vurğulanıb.

Məqalədə layihənin böyük iqtisadi və sosial əhəmiyyəti fonunda xarici investorlar tərəfindən ciddi maraq göstərildiyi, “Daşkəsən” dəmir filizi yataqlarının istismara verilməsinin Gəncə-Daşkəsən iqtisadi rayonunda məşğulluq indeksinə müsbət təsir göstərəcəyi, minlərlə daimi iş yerinin yaradılacağı qeyd olunub.

Sözügedən məqalə ilə tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

“Mining-journal.com”

“Miningnews.net”

Son xəbərlər

Sabah hava necə olacaq?

BMT-nin baş katibi Ukraynanın dəvətini rədd edərək Rusiyaya gedir

Blinken yenə İsrailə getdi

Onlara güzəştli şərtlərlə ipoteka verilməsi təklif olunur

Hesablama Palatası siyasi partiyaları yoxlayacaq

"Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq" - Vitse-spiker

"Hizbullah" İsrailin hərbi bazalarına zərbələr endirib

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Musa Qasımlı bu vəzifəsindən azad edildi

Pişiklər sözləri əşyalarla əlaqələndirə bilirlər?

Hərbçimiz silahdan açılan atəş nəticəsində öldü

Bakı-İrəvan münasibətləri Avropa Parlamentində müzakirəyə çıxarılır

Qızıl və gümüş bahalaşdı

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Su basmış ərazilərdən 8 vətəndaş təxliyə edildi - VİDEO

Bu istiqamətlərdə maşından istifadə etməyin - DYP-dən çağırış

Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il ötür

İsrail ordusu Livana yeni zərbələr ENDİRƏCƏK

Təpədən dırnağa ŞAİR: Şaiq Məmmədov

Bağırsaq iltihabını ağırlaşdıran qidalar

I Qarabağ müharibəsində qeydiyyatdan kənarda qalan itkin düşən şəxslərin ailələrinə müraciət edildi

Şuşanın 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

Qarabağ veteranı intihar etdi

İrəvandan Bakıya TƏKLİF

Prezident Sultan Qasımovu vəzifəsindən geri çağırdı

Ramiz Mehdiyevdən AMEA-dakı cinayət işi ilə bağlı AÇIQLAMA

Nəhayətdə ELM ADI ALTINDA büdcə oğurluğu durdurulmalıdır...

Bələdiyyələrin gəlir və xərclərinə nəzarətlə bağlı yenilik

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyənləşir

Azərbaycan qızlarının əcnəbilərlə nikahı: Səbəblər və iqtisadi problemlər...

İran nüvə silahından imtina edib

Nazirliklə iş adamı arasında qalmaqal: Sahibkar 11 min cərimələndi

Bütün xəbərlər