Gündəm

“AzerGold” QSC 285 nəfər müharibə iştirakçısı və şəhid ailəsi üzvünün  daimi məşğulluğunu təmin edib

Ölkəmizin dağ-mədən sahəsində uğurlu fəaliyyət həyata keçirən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qeyri-neft sektorunun inkişafı ilə yanaşı, regionların sosial-iqtisadi tərəqqisi, məşğulluğun artırılması istiqamətində dövlətimizin yürütdüyü siyasətə töhfə verməyə davam edir.

"MUMtv.az"ın məlumatına görə, Daşkəsən və Göygöl rayonlarında aktiv hasilat, həmçinin Daşkəsən rayonunda aktiv istehsalat fəaliyyəti aparan QSC 2023-cü ildə təsdiqlənmiş ştat cədvəlinə uyğun olaraq, faktiki 664 nəfər işçi olmaqla, ümumilikdə mədən ərazilərində çalışan podratçı şirkətlərlə birgə 1856 nəfər işçi üçün müasir standartlara cavab verən iş şəraiti yaradıb. 2023-cü ildə QSC-nin törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də isə ümumi olaraq 288 nəfər daimi işlə təmin olunub.

2023-cü ildə mədən layihələrinin icrası ilə əlaqədar həm “AzerGold” QSC, həm də onun törəmə cəmiyyətlərində yeni iş yerlərinin açılması, daimi işçi sayının artırılması davam etdirilir. Cari il təsdiq olunmuş yeni ştat cədvəlləri üzrə əməkdaş sayının “AzerGold” QSC-də 750, törəmə şirkətlərdə isə ümumilikdə 291 nəfər olmaqla, ümumilikdə 1041 nəfərə çatdırılması nəzərdə tutulub.

Yeni əməkdaşların məşğulluğa cəlb edilməsi prosesində vacib məsələlərdən biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş qazilərimizin, şəhid ailə üzvlərinin işlə təminatıdır. Hazırda QSC-də 78 nəfər müharibə iştirakçısı, 12 nəfər şəhid ailəsi üzvü çalışmaqdadır. Cari il də bu kateqoriyadan olan vətəndaşların işlə təminatı məsələsinə müvafiq ixtisas və peşə bacarıqlarına uyğun olaraq
xüsusi diqqət yetirilir. Səhmdar Cəmiyyətin törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də (DDF MMC) isə əmək fəaliyyətinə cəlb edilən müharibə iştirakçısı və şəhid ailəsi üzvlərinin ümumi sayı 43 nəfərdir.

QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi, həmçinin qızıl və dəmir filizi mədənlərində çalışan, eləcə də tikinti-quraşdırma işləri ilə bağlı fəaliyyətə cəlb edilən uzunmüddətli podratçı şirkətlərdə də sözügedən həssas kateqoriyaya aid vətəndaşların işlə təminatına diqqət yetirilir. Hazırda “AzerGold” QSC və onun törəmə cəmiyyətlərində fəaliyyətə cəlb olunan podratçı şirkətlərin ümumilikdə 152 nəfər əməkdaşı qeyd olunan həssas kateqoriyaya aiddir.

Qeyd edək ki, ölkəmizin əmək bazarında ən tələbatlı şirkətlərdən biri olan “AzerGold” QSC-nin fəaliyyəti nəticəsində bugünədək ümumilikdə, 285 nəfər müharibə iştirakçısı və şəhid ailəsi üzvünün daimi məşğulluğu təmin edilib.

Son xəbərlər

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu

İsraili hər zaman dəstəkləyəcəyik - Bayden

Nazirlik hər kəsə 200 AZN verir? - AÇIQLAMA

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Bütün xəbərlər