Gündəm

Britaniya şirkəti Azərbaycanın “Xarxar” yatağında böyük mis ehtiyatlarının olduğunu təsdiqlədi

MUMtv.az: - Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı olan Böyük Britaniyanın "Anglo Asian Mining” şirkəti qazma nəticələrinə əsasən "Xarxar” yatağında əhəmiyyətli dərəcədə mis minerallaşması olduğunu təsdiqləyib.

"Report” "Anglo Asian”a istinadən xəbər verir ki, qazma nəticələri Birgə Filiz Ehtiyatları Komitəsinin (JORC) standartına uyğun olaraq "Xarxar” yatağının gələcək mineral ehtiyatlarının qiymətləndirilməsinin bir hissəsini təşkil edəcək.

Xatırladaq ki, adıçəkilən yataqda 2022-ci ilin iyulunda mis minerallaşmasının mərkəzi zonasını əhatə edən geniş kəşfiyyat proqramına başlanılıb.

JORC-un "Xarxar” yatağının mineral ehtiyatları ilə bağlı hesabatı hazırlanma mərhələsindədir və bu, 2024-cü ilin mart ayının sonunadək açıqlanacaq. Ötən ilin sentyabrında "Mining Plus UK” şirkətinin geoloji sahə ilə bağlı müstəqil məsləhətçiləri yatağa baş çəkiblər.

Qiymətləndirmənin nəticələri dərc edildikdən sonra əlavə sıxlaşdırıcı və genişləndirici qazma işlərinin həyata keçirilməsi, həmçinin metallurgiya sınaq proqramı və geometallurgiya modelləşdirməsi planlaşdırılır. Bundan başqa, şaxtanın layihəsi və hasilat planı daxil olmaqla, mədənçıxarma sahəsinə dair araşdırma hazırlanacaq.

Qeyd edək ki, hazırda şirkətin Azərbaycanda ümumi sahəsi 2 min 544 kvadrat kilometr olan 8 müqavilə sahəsi var. "Anglo Asian Mining” hazırda Gədəbəy və Qoşa müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur.

Azərbaycan hökuməti və "Anglo Asian Mining PLC” şirkəti arasında "Production Sharing Agreement” (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir.

"Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanılıb. 2013-cü ilin sentyabr ayından şirkət "Qoşa” müqavilə sahəsinin işlənməsinə start verib.


Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər