Gündəm

“AzerGold” QSC hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir
 
Ölkəmizin əsas ixracatçı dövlət şirkətlərindən biri olan "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli metalların hasilatı və ixracatı istiqamətində fəaliyyətini uğurla davam etdirir.

"MUMtv.az"ın məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında QSC tərəfindən 28.1 min unsiya qızılın hasilatı,23.1 min unsiya qızılın ixracı həyata keçirilib. Bununla cari ilin ilk 8 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 0.5%, qızıl ixracı planı isə 3% artıq icra edilib. Ümumilikdə, cari il üzrə 62.5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda1%ixracda isə 4.4% daha artıq hədəfdir.

Cari ilin ilk 8 ayı ərzində icra olunan hasilat və ixrac əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə az olsa da, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.
 
 

2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə hasilat və ixrac göstəriciləri


2022-ci il2023-cü ilÖtən ilin ilk 8 ayı ilə müqayisəCari ilin ilk 8 aylıq planı ilə müqayisə
Qızıl hasilatı36,864 Oz28,132 Oz24%↓0.5%↑
Gümüş hasilatı127,829 Oz79,934 Oz37%↓49.6%↑
Qızıl ixracı33,160 Oz23,122 Oz30%↓3%↑
Gümüş ixracı110,885 Oz61,541 Oz45%↓39%↑
Qızılın ixrac dəyəri103,969,527 AZN76,538,340 AZN26%↓25%↑
Gümüşün ixrac dəyəri4,108,106 AZN2,504,725 AZN39%↓85%↑
Cəmi ixrac gəliri108,077,634 AZN79,043,065 AZN27%↓26%↑
 
 
 

2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə daxili bazar satışları


2022-ci il2023-cü ilÖtən ilin ilk 8 ayı ilə müqayisə
Qızılın daxili satışı1,929 Oz3,938 Oz104%↑
Gümüşün daxili satışı7,141 Oz23,518 Oz229%↑
Qızılın daxili satış dəyəri6,662,791 AZN13,461,556 AZN102%↑
Gümüşün daxili satış dəyəri303,934 AZN981,732 AZN223%↑
Daxili satış üzrə cəmi gəlir6,966,725 AZN14,443,288 AZN107%↑
 
 
 
 
 
 
 

2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə cəmi satış gəlirləri


2022-ci il2023-cü ilÖtən ilin ilk 8 ayı ilə müqayisə
Qızılın cəmi satış gəliri110,632,318 AZN89,999,896 AZN19%↓
Gümüşün cəmi satış gəliri4,412,041 AZN3,486,456 AZN21%↓
Cəmi gəlir115,044,359 AZN93,486,352 AZN19%↓
 
 
 
Qeyd edək ki, 1 sentyabr 2023-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 49 milyon 202 min manata çatıb. Əldə edilən vəsaitin1 milyard 6 milyon 40 min manatını ixrac gəlirləri, 43 milyon 162 minmanatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır.

Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – "Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan "AzerGold” QSC ötən 7 il ərzində "Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə "Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, "Çovdar”, "Mərəh” və "Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq "AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.

Son xəbərlər

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu

İsraili hər zaman dəstəkləyəcəyik - Bayden

Nazirlik hər kəsə 200 AZN verir? - AÇIQLAMA

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Bütün xəbərlər