Gündəm

İcra başçısının sabiq müavininə cinayət işi açılıb

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının iki ay əvvəl vəzifəsindən azad edilən müavini Vəfa Allahverdiyeva cinayət məsuliyyətinə cəlb edilib.

"MUMTv.az"ın "Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, sabiq müavin tanışı Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur.

Onların əməlindən əziyyət çəkən isə Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir.

İttihama görə, təqsirləndirilən xanımlar onu Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar.

Zərərçəkmiş şəxs həmin pulu oğlunun iştirakı ilə verib.

Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib.

Eks-müavin isə həbsdə deyil. İstintaq dövrü müddətində onun barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Yaxında məhkəmə istintaqı başlayacaq.

Vəfa Allahverdiyeva bu ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib.

O, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib.

Onun barəsindəki cinayət işinə görə işdən çıxarıldığı istisna edilmir.


Son xəbərlər

Onların maaşı ilə bağlı Qərar verildi

Gələn il 2 Günəş və 2 Ay tutulması olacaq

Valideynlərin hansı özəl bağçalarda təhsil haqqının yarısını ödəyəcəkləri məlum oldu - SİYAHI

Prezident Kazanda “Dostluq” ordeni ilə təltif edildi

Qoxu itkisi ölüm riskini artırır

Növbəti sürət qatarı bu istiqamətdə olacaq

Onlarln müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarıldı

Sabiq icra başçısının oğlunun 1 milyonluq vergini ödəməmək üçün ölkədən qaçdığı iddia olunur

Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı

COP29-la bağlı bəzi küçələrdə hərəkət istiqaməti dəyişdiriləcək

Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında

Həkimlərə 30 xəstə limiti? — ŞOK İDDİA

Avropa Məhkəməsi Azərbaycanla bağlı üç yeni qərarını elan etdi

Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. - Zaman Novruzov açılışda

"Gürcüstanda dövlət çevrilişi hazırlanır" - Spiker

“AzerGold” QSC-nin nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib

Türkiyə də İrana uçuşları dayandırdı

İlham Əliyev Rüstəm Minnixanovla görüşdü

DİN “ASAN xidmət”də vakant vəzifələrə qəbulla əlaqədar müsabiqə elan etdi

Şizofreniya ani ürək ölümü riskini dörd dəfə artırır

Azərbaycanda iqlim fondu yaradıldı - Hikmət Hacıyevdən AÇIQLAMA

Xarici görünüşünüzdə dəyişiklik üçün uyğun gündür - BÜRCLƏR

İlham Əliyev Viktor Orbanı təbrik etdi

"Pensiyaların verilmə qrafikinin dəyişdirilməsi böyük narazılıq yaradır" - Deputat

Azərbaycanda dönərlə bağlı yeni qayda

44 saylı notariusun adı saxtakarlıqda keçir, Ədliyyə Nazirliyi isə deyir ki…

"Onun ayağında bir tay corab vardı..." - Hüseyn Cavidin məzarı necə tapılmışdı?

Ərdoğan Putinlə bu məsələləri müzakirə edəcək

Alimlər xərçəng dərmanı testinin nəticəsini açıqladılar

Bu günə olan valyuta məzənnələri

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Kreditin verilməsində yenilik

Bütün xəbərlər