Gündəm



Mumtv.az: - Masallı Rayon Mərkəzi xəstəxanasının direktoru barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluqdan  verilən məlumata görə, direktor vəzifəsində işləyən Cəlil Oruc oğlu Nəzərovun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İbtidai istintaqla Cəlil Nəzərovun qeyd olunan vəzifədə işləyərkən tabeliyində olan şəxslə qabaqcadan əlbir olaraq 2007-2020-ci illəri əhatə edən dövr ərzində xəstələrə əlillik dərəcəsinin təyin olunması müqabilində ümumilikdə 321 nəfərdən cəmi 400 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına, rəhbərlik etdiyi tibb müəssisəsinin maddi-texniki təminatı üçün dövlət büdcəsindən ayrılmış cəmi 275 min manat məbləğində pul vəsaitini mənimsəməsinə, həmin qanunsuz hərəkətlərini ört-basdır etmək üçün müvafiq rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməsinə, eləcə də bu yolla əldə etdiyi qanunsuz pul vəsaitlərini rayon ərazisində özünə məxsus istirahət mərkəzinin inşasına yönəltməklə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, ibtidai istintaq zamanı Təranə Əliyevanın Cəlil Nəzərovun köməkçisi vəzifəsində işləyərkən sonuncunun qeyd olunan qanunsuz məqsədlərlə ümumilikdə 34 nəfərdən cəmi 52 min manat rüşvət almasında köməkçi qismində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Cəlil Nəzərov və Təranə Əliyevaya müvafiq olaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2, 311.3.3 (külli miqdarda təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilərək Cəlil Nəzərov barəsində məhkəmənin qərarı ilə həbs, Təranə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İbtidai istintaq zamanı vurulmuş ziyanın təmin edilməsi məqsədilə Cəlil Nəzərova məxsus Masallı rayonu ərazisində yerləşən daşınmaz əmlaklar üzərinə məhkəmənin qərarı ilə həbs qoyulması təmin edilib.//axar.az

Son xəbərlər

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

Bütün xəbərlər