Gündəm

Ermənistan sürətlə silahlanır — Çindən də silah alacaq

MUMtv.az: - “Ermənistan son iki ildə sürətlə silahlanır. Rəsmiləri bunun müdafiə məqsədilə həyata keçirildiyini desələr də, alınan silahların əksəriyyəti hücum silahlarıdır. Bu günlərdə Ermənistanın Baş naziri yenidən sülh sazişi imzalamağa hazır olduğunu bildirdi. Digər tərəfdənsə, Ermənistanın havadarları ona maliyyə dəstəyini artırır, bu isə ölkənin hərbiləşməsinə təkan verir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. E.Hacıyevin sözlərinə görə 100 milyonlarla dollar həcmində müxtəlif adlarla ABŞ və Qərb Ermənistana maliyyə vəsaiti ayırıb:

“Ermənistan hərbi müttəfiqlərinin sayını artırmağa çalışır. Elə dünən Suren Papikyan Çinə səfər etdi. Çinin müdafiə naziri ilə keçirilən görüşdə hərbi əməkdaşlığın gücləndirilməsinə diqqət çəkildi, yəni Ermənistan Çindən də silah almağa hazırlaşır. Hindistanın Müdafiə Tədqiqatları və Analiz İnstitunun baş direktoru bildirib ki, Ermənistan artıq 155 millimetrlik kaliberli artilleriya qurğusunun növbəti partiyasını alacaq. Bundan əlavə Ermənistana “Svati” radiolokasiya kompleksi satılıb. 250 milyon dollarlıq çoxlüləli raket kompleksinin alınması barədə də müqavilə bağlanılıb. 2025-ci ildə Ermənistan Hindistandan 600 milyon dollardan çox həcmdə silah-sursat alacaq. Fransa və ABŞ-dən alınan silahları da unutmamalıyıq”.

Ekspert Ermənistanın sülh bağlamaq əvəzinə silahlanmaq yolunu seçdiyini qeyd edib:

“Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh müqaviləsinin bağlanmasını gecikdirir. Ermənistan erməni xislətini işə salaraq özünü sülh tərəfdarı kimi göstərir, amma silahlanmağa davam edir. Buna baxmayaraq Azərbaycan öz düşmənini yaxşı tanıyır. Bizim hərbi büdcəmiz Ermənistan büdcəsinin hamısı qədərdir. Ermənistana kənardan nə qədər yardımlar olsa da Azərbaycanın qarşısında dayana bilməz”.


Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər