Gündəm

Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar

 

 

 

 

 

 

 

 


Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə Bakıya səfər edən M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri - Beynəlxalq fəaliyyət üzrə direktor Svetlana Qoroxova, Elmi və tədris işləri üzrə direktor Tatyana Polejayeva, MDB və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, İPR MEDİA-nın baş direktoru Natalya İvanova və layihə koordinatoru Vita Kutuyeva yanvarın 24-də Prezident Kitabxanasında olublar.

DogruXəbər.az-ın məlumatına görə, görüş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva hökuməti və Rusiyanın TASS informasiya agentliyinin dəstəyi ilə Bakıda keçirilən "Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində baş tutub.

Kitabxananın "İncəsənət ədəbiyyatı fondu” və "Nadir ədəbiyyat fondu” ilə tanışlıq zamanı qonaqlara istifadəçilərə informasiya xidməti və virtual xidmət metodları ilə bağlı ətraflı məlumat verilib.

 

Müəssisənin tarixi keçmişi haqqında danışan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib: "Prezident Kitabxanası 2003-cü ildən əvvəl Mərkəzi Şəhər Kitabxanası kimi fəaliyyət göstərib. Onun təqribən 150 yaşı var”.

Qonaqlara Prezident Kitabxanasının fəaliyyət istiqamətləri, oxucu kontingenti, digər kitabxanalarla əlaqələri, müasir informasiya texnologiyalarının tətbiqi, kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kitabxana, elektron kataloq və virtual xidmət imkanları haqqında ətraflı məlumat verilib.

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq fəaliyyət üzrə direktoru Svetlana Qoroxova, həmin kitabxananın Elmi və tədris işləri üzrə direktoru Tatyana Polejayeva, İPR MEDİA-nın baş direktoru Natalya İvanova çıxışlarında təmsil etdikləri müəssisələr haqqında ətraflı məlumat verib, qarşılıqlı əməkdaşlığın qurulması və təcrübə mübadiləsinin zəruriliyindən söhbət açıblar.

Qonaqları müşayiət edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycan və Rusiya kitabxanaları arasında əlaqələrin genişləndirilməsinin hər iki ölkənin ümumi mənafelərinə xidmət etdiyini vurğulayıb, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra Mayıl Əhmədov qonaqlara "Azərbaycan xalçaları” albom-kitabları və Azərbaycanın UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınan nümunəsi olan kəlağayılar hədiyyə edib.

Öz növbələrində qonaqlar tərəfindən Prezident Kitabxanasına təmsil etdikləri müəssisələrin nəşrlərinin spesifik nümunələri hədiyyə olunub./lent.az

Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər