Gündəm
Gündəm
Azərbaycanda yeni universitet fəaliyyətə başlayacaq
"Gələn il ölkəmizdə Rusiyasının Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin (MDHİU) filialı açılacaq”.
"MUMTV.az” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
O qeyd edib ki, bununla da ölkəmizdə Rusiyanın 3 universitetinin filialı olacaq. Buna qədər ölkəmizdə Rusiyanın 2009-cu ildə yaradılmış M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və 2015-ci ildə yaradılmış İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı var idi./Yenisabah