Gündəm

Ramin Abdullayev-Namiq Hümmətov cütlüyü oğurluq pulları ÖLKƏDƏN ÇIXARIR - BU YOLLA...

MUMtv.az: - "Azərbaycanlı məmurlar – son vaxtlar adları ölkə mediasında tez-tez hallanan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev Türkiyədki daşınmaz əmlaklarını sürətlə genişləndirməkdədir". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "İstanbul şəhərində çoxlu sayda mənzil və ictimai iaşə obyektinə malik olan cütlük, bugünlərdə Türkiyənin ən böyük turizm mərkəzlərindən biri olan Antalyada da daşınmaz əmlaka sahib olmaq istiqamətində ciddi addımlar atmaqdadır.

Hal-hazırda cütlük Antalyada – şəhər mərkəzindən bir qədər kənarda yerləşən, özündə dəniz və meşə gözəlliyini birləşdirən otellərdən birini almaqla bağlı danışıqlar aparmaqdadır. Olduqca məxfi şəkildə həyata keçirilən danışıqlar prosesi zamanı Ramin Abdullayevlə Namiq Hümmətov otelin gəlir-çıxarı ilə yanaşı, daha bir sıra məsələlər haqqında maraqlanıb ki, bunlardan da biri oteldə işləyən azərbaycanlılarla bağlı olub. Cütlük otelin hazırkı sahibinə açıq şəkildə bildirib ki, onlar oteldə azərbaycanlıların işləməyində maraqlı deyil. Çünki oteldə azərbaycanlıların işləməsi gerçəyi otelin yeni sahibləri, habelə onların buradakı gələcək fəaliyyəti haqqında məlumatların Azərbaycanda yayılması riskini artırır. Bu səbəbdən də alqı-satqı ilə bağlı danışıqların uğurla nəticələnəcyi halda oteldəki azərbaycanlıların müxtəlif bəhanələrlə işdən azad ediləcəyi gözlənilir.

Ramin Abdullayev və Namiq Hümmətovun otel qarşılığında onun sahibinə ilkin olaraq 80-100 milyon dollar arasında pul təklif etdikləri bildirilir. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə otelin kimin adına sənədləşəcəyi ilə bağlı isə Ramin Abdullayevlə Namiq Hümmətov arasında yekdil fikir yoxdur. Namiq Hümmətov oteli Azərbaycandakı yaxınlarından birinin adına sənədləşdirmək istəsə də, Ramin Abdullayev bunun “riskli olduğu” qənaətindədir. Ramin Abdullayev hesab edir ki, otelin Türkiyə vətəndaşının adına rəsmiəşməsi gələcəkdə Azərbaycan dövlətinin aparacağı mümkün təftişdən yayınmaq üçün daha məqsədəuyğundur".
Növbəti yazımızda otelin adı və danışıqların digər detalları haqqında ətraflı məlumat verəcəyik.


Son xəbərlər

Trampa dəstək üçün ilk dəfə təkbaşına mitinq keçirdi

Müəyyən tənzimləmələr nəzərdə tutulur - COP29 dövründə

Riskli vəziyyətlər və xərclər ön plana çıxa bilər - BÜRCLƏR

Bələdiyyə sədrinin seçilməsi ilə bağlı yeni qayda müəyyənləşir

Protez əllər düşüncə gücü ilə hərəkət etdirildi - Alimlərdən uğurlu sınaq

COP29 müddətində SMS icazə tətbiq olunacaq?

Deputatın təsis etdiyi şirkət bu il dövlət qurumlarına 110 milyon manatlıq dərman satıb

Bu ölkədə “Zelenskinin məhkəməsi” keçirildi - Kuklası isə asıldı

Ruben Vardanyan barədə qərar verildi

Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...

Füzulinin yeni növrağı - VİDEO

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

“Google”dan Azərbaycanla bağlı maraqlı addım

Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib - FOTO

“AzerGold” QSC tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub - FOTO

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Bütün xəbərlər