Gündəm

Erkin Qədirli ilə bağlı sensasion iddia: Bu vəzifəyə gətirilir

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin rəhbərliyində ciddi dəyişikliklər olacaq. Spiker Sahibə Qafarova istisna olmaqla, parlamentin rəhbərliyində təmsil olunan digər 3 nəfərin – birinci vitse-spikerin və digər iki müavinin vəzifəsini itirəcəyi bildirilir.

"MUMtv.az" bildirir ki, Yenisabah.az bununla bağlı maraqlı məlumatlar əldə edib. YAP-çı deputatlardan biri, saytımıza açıqlamasında deyib ki, hazırda Milli Məclisdə müxalifəti təmsil edən vitse-spiker başqa siyasi partiyanın nümayəndəsi ilə əvəzlənəcək. Onun sözlərinə görə, 2020-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının seçilmiş nümayəndəsi olaraq, parlament rəhbərliyində təmsilçilik hüququ qazanan Fəzail İbrahimli bu dəfə yerini müxalifətdən olan başqa həmkarına verəcək.

Mənbə deyib ki, Adil Əliyevin boşaltdığı postu bitərəflərin nümayəndəsi tutacaq. Birinci vitse-spiker vəzifəsinə isə, YAP-ın aparıcı fiqurlarından birinin seçilməsi gözlənilir. Həmin şəxsin, hakim partiya tərəfindən deputatlığı irəli sürülmüş, Baş nazirin müavini Əli Əhmədov olacağı istisna edilmir.

Məlumatlı şəxs, müxalifəti təmsil edəcək vitse-spikerin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, 2020-ci ildə ReAL Partiyasından deputat seçilmiş hüquqşünas Erkin Qədirlinin bu posta sahib olmaq şansı digər müxalif həmkarları ilə müqayisədə xeyli böyükdür.

Müsahibimizin iddiasına görə, bu dəfə parlamentdə ana müxalifət statusunda Vətəndaş Həmrəyliyi Partiyası deyil, ReAL Partiyası təmsil olunacaq: “Hazırda Milli Məclisdə VHP-ni 3 deputat – Sabir Rüstəmxanlı, Fəzail İbrahimli və Rafael Hüseynov təmsil edir. Parlamentdə ən çox deputatla təmsil olunan müxalifət partiyası olduğuna görə, 2020-ci ildə vitse-spiker postu VHP-nin nümayəndəsinə təklif olunmuşdu. Bu dəfə VHP-nin ana müxalifət olmaq şansı çox aşağıdır. Sabir Rüstəmxanlının seçkiyə qatılamaması, Fəzail İbrahimlinin siyasi kariyerası ilə bağlı qeyri-müəyyənliyin davam etməsi parlamentdəki müxalif vitrinin yenilənəcəyindən xəbər verir. Çox böyük ehtimalla Milli Məclisdə ən çox deputatla təmsil olunan müxalif təşkilat ReAL Partiyası olacaq. ReAL-ın 2 nümayəndəsinin – İlqar Məmmdovun və Erkin Qədirlinin deputat seçilmək şansı yüksək qiymətləndirilir. Seçki marafonuna Yevlaxdan qoşulan Rəsul Cəfərov ReAL-a 3-cü mandatı qazandıra bilər. Bu partiya növbədənkənar parlament seçkilərindən sonra, Milli Məclisdə hətta 2 deputatla təmsil olunsa belə, müxalifət üçün nəzərdə tutulan vitse-spiker postu ReAL-ın nümayəndəsinə veriləcək. Yeni vitse-spikerin hazırki deputat Erkin Qədirli olacağı istisna edilmir. Hətta bununla bağlı parlament səviyyəsində razılaşma mövcuddur”.

Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər