Gündəm

Ədalət Vəliyev Razi Nurullayevlə görüşdü

Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunun davamı olaraq, mayın 19-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ilə görüş keçirib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən "MUMtv.az"a bildiriblər ki, görüşdə şöbə müdiri Ədalət Vəliyev ölkəmizdə siyasi plüralizmin, fikir azadlığının təmin olunması, bu məqsədlə ictimai iştirakçılığın genişmiqyaslı tətbiqi və digər önəmli məsələlərlə bağlı görülən qanunvericilik və institusional tədbirlər çərçivəsində çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahüründən söz açıb. Şöbə müdiri bu istiqamətdə son bir neçə ildə yeni partiyalarla birgə Milli Cəbhə Partiyasının da dövlət qeydiyyatından keçməsi və bugünkü legitim fəaliyyəti, Azərbaycan Milli Məclisində təmsilçiliyi haqqında fikirlərini bildirib.
Ədalət Vəliyev müxtəlif siyasi qüvvələrin təmsil olunduğu VI çağırış Milli Məclisin ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü siyasi islahatlar çərçivəsində formalaşdığını, buradakı müxalifət partiyalarının nümayəndələrinin müstəqil Azərbaycanın parlament tarixində ilk dəfə olaraq həm Milli Məclisin rəhbərliyində, həm də komitə və komissiyaların rəhbərliyində təmsil olunduqlarını qeyd edib.
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ölkəmizdəki siyasi dialoq təşəbbüslərinin ilkin mərhələsində baş verən Vətən müharibəsi zamanı mütərəqqi qüvvələrin siyasi birliyinin və milli həmrəyliyinin şanlı Zəfərə və dövlətçiliyimizin möhkəmlənməsinə birbaşa xidmət etdiyini vurğulayıb, hazırda aparılan və gələcəkdə aparılacaq iqtidar-müxalifət dialoqunun davam etdirilməsinin zəruriliyini bildirib. Yeni siyasi plüralizm mühitinin daha da inkişafı üçün ölkədəki bütün partiyalarla konstruktiv əməkdaşlığın qurulması, xüsusən partiyaların dövlət qeydiyyatına alınması, qurultayların keçirilməsi, hesabatların Mərkəzi Seçki Komissiyasına vaxtında və müəyyən edilmiş qaydada təqdim olunması, azad və demokratik mühitin formalaşması çərçivəsində kütləvi informasiya vasitələrinə məhdudiyyətsiz çıxış imkanlarının yaradılması, onların ofislə təmin olunması, partiyaların aktivləşməsi ölkədə aparılan siyasi dialoq təşəbbüslərinin ən vacib xarakterik xüsusiyyəti kimi dəyərləndirilib.
Prezident İlham Əliyevin “Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. sadaladığım strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır”, - tezisini xatırladan Ədalət Vəliyev bu fikirlərin əslində siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına çağırış olduğunu ifadə edib, xüsusən Milli Məclisdə təmsil olunan partiyaların bu çağırışa daha yaxından qoşulmasının əhəmiyyətini bildirib.
Sonda ölkəmizdə dərinləşməkdə olan siyasi dialoq mədəniyyəti prosesi, dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı siyasi partiyaların təklif və təşəbbüsləri, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərinin dövlətimizin iqtisadi qüdrətinin göstəricisi olması, bu işdə beynəlxalq qurumların Azərbaycana olan ikili münasibəti və ölkəmizə qarşı hələ də davam edən beynəlxalq ədalətsiz təhdidlərə müxalifət partiyalarının öz etirazlarını bildirməsinin önəmi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər