Gündəm

Çətin peşənin şərəfli daşıyıcıları - Gününüz mübarək !

2 iyul.
Bu günün Azərbaycan üçün özəl tarixi və ilk fəaliyyət dövrü məhz Cümhuriyyətin yaradıldığı ildən başlayır.

Hansı ki, ilk milli müstəqilliyimizin qorunmasında da Azərbaycan polisinin çox böyük rolu olub.

Odur ki, bu gün - 2 iyul Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gündür.

Bu tarix Azərbaycan dövləti və xalqı üçün böyük əhəmiyyətə malikdir.

Bu gün ölkədaxili sabitliyin, təhlükəsizliyin təminatçısı olan və öz işinin öhdəsindən layiqincə gələn Azərbaycan polisinin zaman-zaman hətta vəzifə başında olduğu halda, tıxacda qalan xəstəyə, yolda halını dəyişən bir şəxsə, hətta yol keçməkdə çətinlik çəkən uşağa, qocaya necə canfəşanlıqla yardım etdiklərini hamımız görmüşük.

Bundan əlavə, Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazovun bu vəzifəyə gəldikdən az sonra sözügedən qurumda nəzərəçarpacaq dərəcədə olunan müsbət dəyişikliklər, eləcə də cinayətkarlığa qarşı aparılan aktiv mübarizə xalqın sərbəst hərəkətində belə özünü göstərir.

Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Bu gün Azərbaycan Respublikasının davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Həmçinin, qurumun mətbuat xidmətinin rəhbəri polis Polkovniki Leytenantı Elşad Hacıyev və Mətbuat Xidməti İdarəsində bölmə rəisi Nurlan Əliyevin media nümayəndələri ilə mütəmadi əlaqədə olmaları, mətbuatın sorğu və müraciətlərini vaxtında cavablandırmaları, sosial şəbəkələrdə daim aktiv olub, vətəndaşların sosial şəbəkə üzərindən edilən müraciətlərini belə diqqətə götürüb, dərhal aidiyyatı üzrə yönləndirmələri əhalidə polisə qarşı inam və güvəni gücləndirən əsas amillərdəndir.

Çətin peşənin şərəfli daşıyıcıları - Gününüz mübarək !

Bu gün xalqın öz polisinə tərəddüdsüz güvənməsi bu qurumun rəhbəri Vilayət Eyvazov və onun Elşad Hacıyev, Nurlan Əliyev və digər bu kimi peşəkar əməkdaşlarının işlərinə məsuliyyətlə yanaşmasının nəticəsidir.

Bayramlarda, özəl günlərdə insanlar evlərində, yaxud parklarda, küçələrdə əylənəndə belə gücləndirilmiş iş rejimində çalışan, yuxularını, öz rahatlıqlarını xalqın təhlükəsizliyinin təminatına həsr edən Azərbaycan polisi, gününüz mübarək !

"MUMtv.az" olaraq başda Daxili İşlər Naziri cənab Vilayət Eyvazov olmaqla bu peşənin bütün əməkdaşlarını təbrik edir, çətin və şərəfli peşələrində bu günə qədər olduğu kimi uğurlu və vicdanlı addımlarını müstəqil Azərbaycanımız var olduqca davam etdirmələrini arzulayırıq.

Müstəqillik qazandığımız gündən bu gün qədər şəhidlik zirvəsinə ucalan bütün polis əməkdaşlarına isə Allahdan rəhmət diləyirik.

DogruXeber.az


gundem, Cəmiyyət

Son xəbərlər

Qeyri-adi məxluq alimlərin diqqətini çəkdi - FOTO

Oliqarx-başçı ilə bağlı qərar verilir… – Ramiz Mehdiyevin yadigarıdır…

Son bir ildə Azərbaycanda tibbi xidmətlər nə qədər bahalanıb? – Siyahı

İsrail Fələstin ərazisinin ən böyük hissəsini ələ keçirib

İlham Əliyev Cozef Baydeni təbrik edib

Laçının yenilənən Sus kəndi… - VİDEO

Nazirlər Kabinetindən dəmiryol nəqliyyatı barədə QƏRARLAR

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib – XƏBƏRDARLIQ

Bildiyiniz abidələrin – Bilinməyən tərəfləri

Şahzadə Harri kral ailəsi ilə barışmaq üçün üzr istəməlidir

"ABŞ-də buna görə müharibə olacaq" - Keçmiş Pentaqon rəsmisi

Adil Vəliyevin buralardan XƏBƏRİ VARMI? - Zabratın bitməyən "zibil dərdi"...

Gənclər və idman nazirliyində nüfuz savaşı? - İLGİNC İDDİA

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Məhkəmə Ələsgər Məmmədli barəsində qərar verdi

Zaur Mikayılovdan İŞÇİLƏRƏ ŞOK ZƏRBƏ... - MAAŞLAR AZALDILIR...

Anar Bayramovun 72 minlik mebel aldığı şirkət görün kimə məxsusdur... - Ortaqlardan biri aşpaz bloger, digəri...

Prezident Pakistana səfər edəcək

Səbuhi Abbasov Mingəçevirdən namizəd olacağını açıqladı

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq (RƏSMİ)

Paşinyan ABŞ senatoru ilə sülh müqaviləsini müzakirə etdi

Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam” – Rahil Nəcəfovun cinayət işi // FOTO

Azərbaycanda məmurun qulağını KƏSDİLƏR – FOTO

AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı… – ARAŞDIRMA

"Aİ Ermənistan-Azərbaycan münasibətlərinə dəstək verməyə çalışır" - Səfir

Sabah 36 dərəcə isti olacaq

Bakı-Şamaxı-Yevlax yolunda sürüşmə oldu - VİDEO

İctimai nəqliyyatda həftəlik və aylıq kartlar tətbiq edilsin - TƏKLİF

Ali Məhkəmənin hakiminə yeni vəzifə verildi

İlham Əliyev Qazaxıstana səfər etdi

Ərdoğan Qazaxıstana getdi

Övladlarını vətənə qurban verənlər, övladlarına xaricdə lüks həyat yaşadan məmurların qapılarında boynubükük qalıblar - VİDEO

Bütün xəbərlər