Gündəm
Gündəm / Siyasət
Vilayət Eyvazov Kərəm Mustafayevin qardaşını yüksək vəzifəyə təyin etdi - ƏMR
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdaş Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən polis polkovniki Rasim Mustafayevə yeni vəzifə verilib.
"MUMtv.az" manset.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Rasim Mustafayev Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, Rasim Mustafayev Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşıdır.