Gündəm

Bəs qanunsuz yığılan pullar hara gedir, Zəminə xanım ? - VİDEO

Lənkəran şəhər 12 saylı körpələr evi - uşaq bağçasından yeni görüntülər var !

Doğrusu, ötən həftə "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımında bu görüntüləri izlədiyimizdə "Mozalan" yadımıza düşdü.

"Uşaqlar, qazanda yalnız bir tikə ət var, onu kim yeməlidir?"...



Amma, yox Zəminə İsayevanın rəhbərlik etdiyi 12 saylı uşaq bağçasının qazanında deyəsən ümumiyyətlə ət yoxdur.

Bu bağçanın "qənaət rejimi" Allaha acıq getməsin, bağçada bişən yeməklərə iyrənc görüntü verir. Təsəvvür edin, bir boşqab bulanıq su, içində 5-6 makaron və xırda doğranmış kartof, qızarmış soğan gəzişir. Videonu çəkən şəxsin boşqabın içində xeyli axtarış apardıqdan sonra deyəsən sürtgəcdən keçirilmiş 1-2 xırda toyuq əti qırıntılarını tapması da həm gülüş doğurur, həm də təəssüf.

Ötən həftə də bu barədə dərc etdiyimiz məlumatımızda sözügedən bağçada hər uşağa görə valideynlərdən hər ay pul yığılmasından bəhs etmişdik. Lakin, burada nə yığılan pullardan, nə də dövlətin uşaq bağçası üçün ayırdığı vəsaitdən - invertarlardan diqqət çəkən əlamət gözə dəymir.

Tərbiyə ocağında tərbiyə beləmi olur ?

Deyəsən, bundan əvvəl Lənkəran şəhər 14 və 17 saylı körpələr evi - uşaq bağçalarında rəhbərlik etdiyi və işində yol verdiyi nöqsanlara görə işdən çıxarıldığı deyilən Zəminə xanım hər şeyə rəğmən öz fəaliyyət prinsiplərinimi deyək, qaydalarınımı deyək, davam etdirəcəyinə "söz verib".

Qeyd edək ki, mövzu diqqətimizdədir və bağça barəsində redaksiyamıza əlavə məlumatlar gəlməkdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər