Gündəm

Eldar Əzizovun bakılılara Sinqapurdan park yalanı

MUMtv.az: - Ötən gün Bakı meri Eldar Əzizov nədənsə Bakıda yox, məhz Sinqapurda – 9-cu Dünya Şəhərləri Sammitində deyib ki, paytaxtımızda 400-ə yaxın park salınıb, hazırda da 10 qət-təzə meqaparkın tikinti işləri aparılır. Şəhərimizin çox hörmətli başçısının niyə bu xoş xəbəri uzaqdan bizə çatdırması ayrı söhbətin mövzusudur. Əsas odur ki, sağ olsun, min yaşasın, qəlbimizi fərəhləndirib!

Əlbəttə, cənab merin “400-ə yaxın parkın artıq salındığını” deməsi də dəhşətli dərəcədə sevinc saçır, çünki Bakıda yaşayanlar parkdan daha çox, göydələn tikintisi görür, hər yerdə, hər dalanda, hər küçədə – hətta prospektlərin düz dibində biz son illər ağac deyil, bina, obyekt, şadlıq evi, mərasim salonu, ticarət obyektlərinin əkildiyini müşahidə edirik, ona görə salınan parkların 400-ü haqlaması xəbərindən dünəndən şokdayıq!

400-ə yaxın parklar hansılardır? – Meriya bu siyahını təqdim etsə, qanad açıb uçardıq!

Bu gün Bakı Şəhər İH 400 mini-parkın başını buraxıb, 10 meqaparkla bağlı xalqı maarifləndirməyi lazım bilib – çox sağ olsun!

Meriya başlayıb şəhərimizin son vaxtlar “parka dönməsi” haqqında uzun-uzadı mühazirə deməyə və nəhayət, gəlib çıxıb mətləbə. Yazır: “Bu gün Mərkəzi parkın 3-cü hissəsində genişləndirmə-abadlıq işləri görülür, Nərimanov rayonunda Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Vaqif küçələrinin kəsişməsində, keçmiş antenna sahəsinin ərazisində yeni meqapark salınır, Nərimanov parkının əsaslı təmiri, yenidən qurulması aparılır. Eyni zamanda Xaqani bağında təmir-yenidənqurma işlərinə başlanılıb. 28 May, Mehdi Mehdizadə, Elman Ovçuyev və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsində 12 ha sahədə yeni park salınır.

Dəmir yol vağzalının qarşısındakı meydanda təmir-yenidənqurma işlərinin aparılması üçün layihə smeta sənədləri hazırlanıb və işlərə başlanacaq”.

Vəssalam! Hanı meqapark siyahısı? Bu yayılan məlumatda yalnız bir “meqapark” haqqında təsəvvür əldə etmək mümkündür – 12 ha olan. Bəs, digər 9 meqapark hardadır?

Hətta genişləndirilənlər – yəni mövcud meqaparkların bir az genişləndirilməsini də “qət-təzə 10 meqapark” kimi təsəvvür etsək, yuxarıdakı cümlədən yalnız 7 park “sıxıb” çıxartmaq olur – o da ehtimallar və nəzəri mülahizələrlə, bu bir cümləni 10 dəfə oxuyandan sonra… Bəs, qalan 3-ü hanı?

İnformasiyanı aydın, səlis vermək lazımdır. Belə: Bakıda bu ərazilərdə 10 meqopark salınır – 1, 2, 3… 10! Bitdi!

“Bakı inkişaf edir, son vaxtlar söküləcək binaların yerində bina tikilməməsi nəzərdə tutulur, bu da xalqın dəhşətli dərəcədə ürəyincədir” kimi cümlələr hekayətdir, məqalətdir, rəvayətdir, novelladır, pritçadır – daha mifdir, əfsanədir, nağıldır deyib, kiminsə xətrinə dəymək istəmirik.

Fakt odur ki, 1990-cı ilə qədər Bakıda 15 min hektar yaşıllıq sahəsi vardı, hazırda 920 hektardır!

Fakt budur ki, 35 ilə 14,08 min hektar – on dörd min səksən hektar (imtahandan kəsilən müəllimlərə görə yazdım, axı, bizim müəllimlər ədədi sözlə yaza bilmirlər) – yaşıllıq sahəsi məhv edilib!

Meriya deyə bilərmi ki, 10 meqaparkdan sonra Bakıda yaşıllıq sahəsi nə qədər artacaq? // axar.az

Son xəbərlər

Avropa Məhkəməsi Azərbaycanla bağlı üç yeni qərarını elan etdi

Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. - Zaman Novruzov açılışda

"Gürcüstanda dövlət çevrilişi hazırlanır" - Spiker

“AzerGold” QSC-nin nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib

Türkiyə də İrana uçuşları dayandırdı

İlham Əliyev Rüstəm Minnixanovla görüşdü

DİN “ASAN xidmət”də vakant vəzifələrə qəbulla əlaqədar müsabiqə elan etdi

Şizofreniya ani ürək ölümü riskini dörd dəfə artırır

Azərbaycanda iqlim fondu yaradıldı - Hikmət Hacıyevdən AÇIQLAMA

Xarici görünüşünüzdə dəyişiklik üçün uyğun gündür - BÜRCLƏR

İlham Əliyev Viktor Orbanı təbrik etdi

"Pensiyaların verilmə qrafikinin dəyişdirilməsi böyük narazılıq yaradır" - Deputat

Azərbaycanda dönərlə bağlı yeni qayda

44 saylı notariusun adı saxtakarlıqda keçir, Ədliyyə Nazirliyi isə deyir ki…

"Onun ayağında bir tay corab vardı..." - Hüseyn Cavidin məzarı necə tapılmışdı?

Ərdoğan Putinlə bu məsələləri müzakirə edəcək

Alimlər xərçəng dərmanı testinin nəticəsini açıqladılar

Bu günə olan valyuta məzənnələri

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Kreditin verilməsində yenilik

Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib

Azərbaycanla Rusiya arasında bu saziş təsdiqləndi - Prezidentdən fərman

“AzerGold” QSC-nin hasilat və satış həcmləri artıb

“Socar” -da növbəti yanğın!

Bu şəxslərə birdəfəlik müavinət veriləcək

Prokurorluğa işə qəbulla bağlı yeni qayda müəyyənləşir

Bu şəxslərə 6 min manat müavinət veriləcək

Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda

Yağış suları necə istifadə olunacaq?

Azərbaycanda yeni rüsumlar müəyyən edilir

Su basan tuneldən cəsəd çıxarıldı - VİDEO

Bakının bu prospekt və küçələrində binaların söküntüsü başlayır

Bütün xəbərlər