Gündəm
Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycan basketbol millisi Ermənistanla qarşılaşacaq
![Azərbaycan basketbol millisi Ermənistanla qarşılaşacaq Azərbaycan basketbol millisi Ermənistanla qarşılaşacaq](https://dogruxeber.az/uploads/posts/2024-06/medium/1717827012_1717824503.1717823419818938282_1200x630.jpeg)
Bu gün Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Avropa Kubokunda ilk oyununa çıxacaq.
"MUMtv.az" xəbər verir ki, yığma Kosovonun paytaxtı Priştina şəhərində Ermənistanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma müvafiq olaraq Kosovo, Kipr və Albaniya ilə qarşılaşacaq.