Gündəm
Gündəm / İdman
Azərbaycan millisi Çilini məğlub ETDİ
![Azərbaycan millisi Çilini məğlub ETDİ Azərbaycan millisi Çilini məğlub ETDİ](https://dogruxeber.az/uploads/posts/2024-04/medium/1712926576_1712923416.1712919852_3x3.jpeg)
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.
"MUMtv.az" xəbər verir ki, millimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə Çilini məğlub edib.
B qrupu çərçivəsində keçirilən qarşılaşma təmsilçimizin 17:14 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 13-də Monqolustan və Niderland yığmaları ilə münasibətləri aydınlaşdıracaq.