Gündəm

Bakıda zəlzələ təlaşı: Bu binalar söküləcək

Bakıda yüksək mərtəbəli binaların zəlzələyə davamlılığının müntəzəm monitorinqi ilə bağlı layihə hazırlanıb. Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ mühəndisliyi elmi-tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib. Onun sözlərinə görə, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar.

Paytaxtda tikilən binaların zəlzələyə davamlı olub-olmaması ilə bağlı isə cəmiyyətdə təzadlı fikirlər mövcuddur. İnsanların bir qismi yeni tikililərin əvvəlki binalar kimi keyfiyyətli olmadığını desə də, bəziləri hazırki binaların müasir standartlara tam cavab verdiyini düşünür. Bəs reallıqda vəziyyət necədir? Paytaxtda inşa olunmuş binalar zəlzələyə dözümlüdürmü?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Bakı şəhərindəki binaların zəlzələyə orta davamlılığı ortalama 8-9 bal olaraq nəzərdə tutulub:

"Açıqlanan məlumatlarda görünür ki, Bakı şəhərindəki binaların zəlzələyə orta davamlılığı təqribən 8-9 bal arasında hesablanır. Amma qeyd etdiyimiz rəqəm tam dəqiq şəkildə aparılacaq monitorinqin nəticələrindən sonra müəyyən olunacaq. Bu gün elə binalar var ki, onlar artıq öz istismar müddətini başa vurub. Bəzi binalar da var ki, yeni tikililər olsa da, ya düzgün ərazidə inşa olunmayıb, ya da seysmik baxımdan aktiv ərazidə inşa olunub”.

Ekspert standartlara cavab verməyən binaların söküləcəyini bildirib:

"Hər bir halda düşünürəm ki, monitorinqlər başa çatdıqdan sonra biz yekun nəticə haqqında danışa bilərik. Hələki istinad edəcəyimiz mənbə Türkiyədə baş verən zəlzələdən sonra, dövlət qurumlarımızın açıqladığı məlumatlardır ki, onlar da binaların davamlılıq göstəricisinin 8-9 bal arasında dəyişdiyini bildirirlər. Bu mənbələr isə tikinti prosesi dövründə həmin icra hakimiyyəti orqanlarının apardığı texniki ekspertizaların nəticələrinə əsaslanır. Təbii ki, əgər seysmik göstəriciləri normadan aşağı olarsa və bərkitmə kimi tədbirlər mümkün olmazsa, bu halda həmin binaların gələcək taleyi ilə bağlı qərar qəbul olunacaq”.


Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Bu günə olan valyuta məzənnələri

Naomi Kempbell Heydər Əliyev Mərkəzində - VİDEO

Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

Daha bir məntəqənin nəticələri ləğv edildi

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? — RƏSMİ CAVAB

Sümükləri dəmir kimi möhkəm edən ÇAY

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? — ARAŞDIRMA // VİDEO

Uzunmüddətli davam edən münasibətlərin 6 əsas SİRRİ

"Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir" - Stoltenberq

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Metronun bu stansiyasında təmirə başlanılacaq

Bütün xəbərlər