Gündəm

Hər şeyi qurban verməyə hazıram, təki... - İlham Rəhimov

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Rusiya vətəndaşı olmaq imkanlarım çoxdur, amma Azərbaycanı çox sevirəm və ona görə də buranın vətəndaşıyam. Yeri gəlmişkən, bir çox insanların Rusiya vətəndaşlığı almasına mən kömək etmişəm.

Arasdırma.info Kult.aza istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov News24.az-a geniş müsahibəsində deyib. İ.Rəhimov bildirib ki, Rusiyada ona vəzifə təklif edilsə də, qəbul etməyib:

"Vətəndaşlığa görə qəbul etməmişəm. Bu, faktdır! Mənə belə təkliflər 1999-cu ildə olub. O vaxt buna razılıq vermək olardı. Həm də çox böyük vəzifələr idi, amma bir fakta görə etiraz elədim. Mənə təklif olunan dövlət məmurluğu görəvi üçün Rusiya vətəndaşlığı şərt idi”.

Uşaqlıq illəri haqda da danışan professor bunları deyib:

"Tovuz mənim üçün yurd-yuvadır. 7 yaşıma qədər orda yaşamışam. Uşaqlığımsa Qarabağda keçib, Bərdədə yaşamışıq, orta məktəbə də orda getmişəm. Çox vaxt o illər yadıma düşür... O illər çox gözəl idi. Tam səmimi deyirəm, hər şeyi qurban verməyə hazıram, təki o vaxta qayıda biləydim. Məktəb illərim, uşaqlıq dostlarım... İndi o dostlarımın əksəriyyətini işə götürmüşəm, yanımdadılar. Həmin dövr həyatımın ən xoşbəxt illəridir”.

İ.Rəhimov tələbəlik dövründən də söhbət açıb:

"70-ci ildə Leninqrad Dövlət Universtetinin Hüquq fakültəsində təhsil alan yeganə azərbaycanlı mən idim. Qafqaz millətindən ayrı nümayəndə yox idi. Bu faktın özü üzərimə ikiqat məsuliyyət qoyurdu. Bütün kənd, rayon, qohum-əqrəba bilirdi ki, filankəsin uşağı Leninqradda hüquq fakültəsində oxuyur. Bu həm prestij, həm də çox böyük məsuliyyət idi.

Məktəbdə, eləcə də universitetdə oxuyan vaxtdan bir şeyi fikirləşirdim – özümü təsdiq etmək. Məqsədim bu idi. Bugünə qədərki həyatımda özümü təsdiq etmək istəyim hər zaman uğurlu olub. Hesab edirəm ki, özünü təsdiq etməyi qarşısına məqsəd qoyan insan mütləq nailiyyət qazanacaq”.

Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər