Gündəm

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

MUMtv.az: - Son zamanlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər əhalisi ilə görüşlər keçirərək özünü reklam edir. Niyazi Bayramovun yarıtmaz idarəçiliyi göz qabağındadır, Gəncə şəhəri bərbad haldadır.

Daş-üstünə daş qoymayan icra başçısı absurd olan tərif yazılarla nə əldə etmək istiyir bilinmir. Onun oğlunun sosial şəbəkələrdə 904 markalı maşın nömrələri rekord qırdı, amma aidiyyəti qurumlar susdu. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə nişanını dəyişməyə əl atıb. Məlum olub ki, başçı oğlunun 10 BB 904 nömrə nişanlı “Range Rover” markalı avtomobili var. Daha sonra eyni qarajda və eyni yerdə 10 ZZ 904 nömrə nişanlı “Mercedes S Class” markalı maşın görmək olar. Bu nömrə isə əvvəl “BMW X 6” markalı maşının üstündə olub.

İcra başçısının oğluna məxsus 10-BB-904, 10-OO-904, 10-KK-904, 10-ZZ-904, 10-TT-904, 10-AS-904 nömrəli “zerkalni” qeydiyyat nişanları diqqət çəkib. Atası 1280 manat məmur maaşı alan Bayramov küllü-miqdarda vəsait tələb olunan nömrələri necə əldə edib? İcra başçısının oğlu indi həmin nömrəni çıxarıb başqa avtomobilinə qoyub. Gəncə icra başçısını oğlunun avtomobil kolleksiyasında 6 maşın var. Bu da bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair suallar doğurur. Hər halda Niyazi Bayramovun icra başçısı kimi aldığı maaş buna çatmaz. Deməli, adi korrupsiya, mənimsəmə faktının nəticəsidir. Təqdim edilən videodakı, fotolardan bəlli olur ki, avtomobillər ən bahalı brendlərin istehsal etdiyi nəqliyyat vasitələridir. Bəhram Bayramovun maşınları isə bir qayda olaraq son nömrələri 904 olan dövlət nişanları ilə “bəzədilib”. Eyni zamanda cumhuriyyet.az olaraq Oğlunun bahalı həyat yaşadığı icra başçısının Gəncə şəhidlər xiyabanına münasibətini də aşağıdakı videoda sizə təqdim edirik:

Gəncə şəhərinin viran qalan küçələrinə asfalt çəkilməsi üçün tender elan edilsə də, lakin şəhərin bütün küçələri yarasız haldadır. Heç bir asfaltdan söhbət gedə bilməz. Gəncə şəhər əhalisi də belə yararsız küçələrdən əziyyət çəkir. Hətta elə küçələr var ki, onlara dəfələrlə asfalt örtüyü çəkilmək adı altında tender elan olunub, lakin ayrılan maliyyə öz təsdiqini tapmayıb. Odur ki, aidiyyəti qurumların bu məsələni nəzarətə götürərək, Gəncə şəhər əhalisinə kömək olunmasını xahiş edirik.



Niyazi Bayramovun rəhbəri olduğu Gəncə Şəhər İcra Hakimiyyəti və tabeliyindəki idarələr 2023-2024-cü ildə bağladığı tender müqavilələri bəhanəsi ilə külli miqdarda pul xərcləyib. Sözügedən icra orqanının 1 il 3 ay ərzində tenderə xərclədiyi məbləğ 30 milyon manatdan çoxdur.//siam.az

Gəncə Şəhər İcra Hakimiyyətinin bağladığı müqavilələrin bəzilərini təqdim edirik:

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər