Gündəm

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Dövlət Gömrük Komitəsi (DGK) fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu deyilən “Baku International Tobacco” şirkəti barəsində inzibati protokol tərtib edib.

"MUMtv.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham irəli sürülüb.

İşə Nizami Rayon Məhkəməsində baxlacaq. Aprelin 30-na iş üzə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçiriləcək.
“Baku International Tobacco” MMC 12 iyun 2017-ci ildə yaradılıb. Nizamnamə kapitalı 15 187 120 AZN olan şirkətin qanuni təmsilçisi Qasımov Tural İsmayıl oğludur. Şirkətin icraçı direktoru Emil Sultanovdur.

Emil Sultanov Kəmaləddin Heyədorva məxsus olduğu bildirilən “STR İmport and Distributon”, “Delfin-Tikinti”, “MNK”, “Az Sole Co Ltd”, “Az Refrigerator Ko Ltd”, “Dəniz Co. Ltd”, “Azcapital Services”, “Real Estate Management”, “İlandağ İnvestment Group”, “İlandağ Services”, “Kaspia Real Estate Group”, “Kaspia Real Estate Services”, “Hereti Real Estate”, “Bio Box” (əvvəlki adı “General Management Consulting”), “Gilan Vegetables”, “Gilan Aqro”, “Gilan Plastik”, “Gilan İnşaat” və “Gilan Zeytun” şirkətlərinin də icraçı dirtektorudur.

“Baku International Tobacco” barəsində 2019-cu ildə də İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə prtokol tərtib olunub. Həmin vaxt məhkəmə şirkətin 272 050 manat məbləğində cərimə olunması barədə qərar çıxarıb. Şirkət apellyasiya şikayəti versə də, nəticəsi barədə məlumat yoxdur.



18-04-2024, 17:08

Son xəbərlər

Rektorun sifarişi ilə qətl işi Ali Məhkəmədə – QƏRAR VERİLDİ

Eldar İbrahimov Mehdiyevə qarşı danışmaq istədi, özünü rüsvay etdi

İranın vitse-prezidenti qəzada hər iki övladını da itirdi

Prezidentin xüsusi nümayəndəsindən sülh sazişi ilə bağlı mühüm açıqlama

Brent ucuzlaşdı

Ziya Məmmədovun səs-küylü tələbə yoldaşının oğlu – Yarım milyon mənimsəyib

Turizm Agentliyi 103 minə notbuk və flaş kart alır

Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru cərimələndi

Ev almaq istəyənlərin nəzərinə: Gələn il qiymətlər necə olacaq?

Prezident sərəncam imzaladı

Bu şəxslər yeni ildən daha çox vergi ödəyəcəklər — AÇIQLAMA

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL

Bakıda xanım direktor eşq yaşadığı fəhlə tərəfindən DÖYÜLDÜ

Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK – Məbləği 50 min manat

Hikmət Hacıyev sabah Qriqoryanla görüşəcək

Qiyaslı Qrup MMC-nin rəhbərliyi rəsmən QOÇULUQ EDİR... - NARAZILIQ VAR...

Toy etmək istəyənlərin diqqətinə – Qaydalar kəskin dəyişə bilər

Polietilen torbaların qiyməti niyə artırıldı?

Eldar Mansurovun oğlu çox yüksək vəzifəyə gətirildi

TƏBİB 10 manatlıq şirkətdən milyonluq əlcək alır

Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı

Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır - FOTO

DGK işçilərin hüquqlarını pozur

Mehdiyevin oğlunu gözləyən aqibət - banklar, torpaq sahələri...

Abşeron Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verdi

Ət yenə BAHALAŞACAQ

Nazir rəisi işdən çıxardı - İki təyinat etdi

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirildi - Qərar

Deputat Azər Əmiraslanovun otağında diqqətçəkən mühüm DETALLAR… Ramiz Mehdiyev kitabı ön planda – Video

"Brent" bahalaşdı

Ağdərə sakini MİNAYA DÜŞDÜ

Gültəkin Hacıbəyli İstanbuldan açıqlama yaydı - "Bakıya göndərəcəklər"

Bütün xəbərlər