Gündəm

Nazirlik bu şirkətə 6,5 milyonluq 2 tender verdi - MMC-ni Kəmaləddin Heydərovla nə bağlayır?

Ədliyyə Nazirliyi "Bestcomp Group" MMC ilə maliyyə dəyəri 6 573 995,33 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayacaq.

"MUMtv.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, maliyyə dəyəri 2 227 370,31 AZN olan birinci müqvailə Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınması ilə bağlıdır.

4 346 625,02 manatlıq ikinci müqavilədə isə "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyətini təmin edən və birinci instansiya məhkəmələrinin istismarında olan texniki-texoloji infrastrukturunun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reystr məlumatlarına görə, "Bestcomp Group" QSC 22 iyun 1998-c ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 962 330 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, 8 noyabr küçəsi, ev 25E-ə yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Fərid Rafiq oğludur.

Fərid Həsənov haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

"Bestcomp Group" MMC-yə gəlincə, mediada fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesi haqqında dərc edilən yazılarda bu şirkətin adı keçir. MMC nazirin şirkəti kimi təqdim edilir.

Ədliyyə Nazirliyi 2023-cü ildə də şirkətlə maliyyə dəyəri 2 132 218,25 AZN olan satınalma müqaviləsi imzalayıb. Müqavilə Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınması ilə bağlı olub.


Son xəbərlər

Hesablama Palatası DSMF-də yoxlama aparır

“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” — Polis hərəkətə keçdi

Yasamalda əməliyyat: Saxlanılanlar var — VİDEO+FOTO

Qubad İbadoğluya elektron qandal taxıldı — FOTO

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş verib

Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü - Hökm oxundu

Ermənistanın Azərbaycanla sərhəddə torpaq sürüşməsi oldu

Sabunçu "kralı" rayonu " öz qanunları" ilə idarə edir - VİDEO

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başladı

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Bütün xəbərlər