Gündəm

Xankəndidən İrəvana uzanan "casusluq hekayəsi" - Sarkis əslində kimin adamıdır?

Ermənilərin Qarabağdan çıxmasından sonra Xankəndidə qalan Sarkis Qalstyan 7 ay sonra Ermənistana qayıtdıqdan sonra casusluq ittihamı ilə həbs olunub. Ona qarşı sürülən bu ittiham, ümumiyyətlə Xankəndidə nə işlə məşğul olması, Azərbaycanın, yoxsa Ermənistanın maraqlarına uyğun fəaliyyət göstərməsi ətrafında müəmma davam edir.

Xankəndidən İrəvana uzanan "casusluq hekayəsi” adlandıra biləcəyimiz bu prosesdə gizli məqamlar çoxdur.

"MUMtv.az" Publika.az -a istinadən xəbər verir ki, Qalstyan martın 29-da Ermənistana qayıdıb, martın 30-da Azərbaycanın xeyrinə casusluq ittihamı ilə həbs edilib.

Ermənistan tərəfi Qalstyanın Xankəndidə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən "ələ alındığını” hesab edir. Ermənistan mediasında isə Qalstyanın Xankəndinin komendatı olacağına dair əsassız iddialar irəli sürülürdü. O, birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğal edilməsində iştirak edib. Qarabağdakı qondarma rejimin "xüsusi xidmət orqanlarında” işləyib, Şuşada qondarma inzibati ərazi dairəsinin rəis müavini olub. Sonuncu dəfə isə qondarma rejimin "təhsil nazirliyində” çalışıb. Ermənilər Qarabağı tərk etdikdən sonra Qalstyanın niyə Xankəndidə qalması şübələrlə doludur.

"Hraparak” nəşri ötən həftə yazırdı ki, Qalstyan ermənilərin geri qayıdacağına ümid edirmiş, bu müddətdə Bako Saakyanın evində qalıb, lakin "arzularının çin olmayacağını” anladıqdan sonra Ermənistana qayıtmaq qərarına gəlib.

Ermənistanda onu əvvəldən "Azərbaycanın adamı” kimi təqdim edirdilər. Hərçənd, separatçıların sonuncu "başçısı” Samvel Şahramanyanın qondarma "müşaviri” Vladimir Qriqoryan 2023-cü ilin 22 dekabr tarixində "Azadlıq radiosu”nun erməni xidmətinə verdyi açıqlamada Qalstyanın separatçı rejim rəhbərinin "nümayəndəsi” kimi Xankəndidə qaldığını açıqlamışdı. Suallar yaranır:

- Qalstyan separatçıların "nümayəndəsi” kimi Xankəndidə qalıbsa, buna necə nail olub, ümumiyyətlə nə işlə məşğul imiş?
- O, ermənilərin iddia etdiyi kimi, "Azərbaycanın adamı” olubsa, niyə Ermənistana qayıdıb, çünki Qalstyan yalnız Xankəndidə qalan ermənilərlə təmasların qurulmasında hansısa iş görə bilərdi.
- Yaxud erməni hüquq-mühafizə orqanlarının ittiham aktında iddia etdikləri kimi, Qalstyan Bakının "casusudursa”, Azərbaycan onun həbs ediləcəyini bildiyi halda, niyə geri qayıtmasına imkan verib?

Bu suallar Qalstyanla bağlı iddiaların həqiqətə uyğun olmasını mübahisələndirir. Hər-halda Azərbaycan Qalstyan kimi açıq hədəfi "casus” kimi istifadə edəcək qədər naşı deyil. Düşünək ki, ondan hansısa məqsədlə istifadə edilib. O zaman, Azərbaycan kəşfiyyatı Ermənistanda həbs ediləcək bu şəxsin ora getməsinə imkan verməzdi. Və ya Qalstyan separatçıların "nümayəndəsi” kimi Xankəndidə qalması mümkün deyil. Buna cəhd ediləcəyi təqdirdə, o, Bakıda Araik Arutyunyan, Bako Saakyan, Ruben Vardanyan və digər separatçılarla "kamera yoldaşı” olardı.

Xankəndidən İrəvana uzanan "casusluq hekayəsi" - Sarkis əslində kimin adamıdır?

Bütün iddialar bir-birinə ziddir. Bu baxımdan, Xankəndidən İrəvana uzanan "casusluq hekayəsi” daha çox şişirdilmiş kimi görünür. Mümkündür ki, Qalstyan Xankəndidə digər ermənilərlə birlikdə sıradan sakin kimi qalıb və Azərbaycanın yaratdığı bərabərhüquqlu şəraitdən istifadə edib. Onun Xankəndidə qalma məqsədinin İrəvana – separatçılara məlumat ötürmək məqsədi daşıdığı da versiyalardan biridir. Lakin Şahramanyanın adamı Vladimir Qriqoryanın Qalstyanı "Xankəndidəki nümayəndə” olaraq təqdim etməsi "separatçılar öz adamlarını niyə ifşa edirlər” sualını önə çıxarır. Yaxud Qalstyan doğrudan da "Xankəndidəki nümayəndə” olsaydı, bu ifşadan sonra həbsi qaçılmaz olardı. "Xankəndidəki nümayəndə” iddiasının doğru olması ehtimalı azdır, görünür, separatçılar bununla Qarabağda təsir imkanlarının qaldığına dair "əzələ nümayişi” etmək istəyiblər.

Xankəndidən İrəvana uzanan "casusluq hekayəsi" - Sarkis əslində kimin adamıdır?

Qalstyanı "Azərbaycan casusu” kimi həbs edən Ermənistan hakimiyyəti də öz növbəsində "əzələ nümayişi” sərgiləyir:

- Müxalifətin "Azərbaycanla əməkdaşlıq” ittihamlarına qarşı "Bakının casuslarını” həbs etdiyini göstərir;
- İrəvanda hakimiyyətə problemlər yaradan separatçıları "casusluq ittihamı” ilə qorxudur: Qalstyanla bağlı istintaqda Şahramanyanın dəstəsinə qarşı da belə ittihamların irəli sürüləcəyi gözləniləndir;

Baş verənlər Qalstyanın "casusluq” ittihamı ilə həbsinin Ermənistan hakimiyyətinin separatçılara qarşı yeni hücumunun tərkib hissəsi olduğu ehtimalını ön plana çıxarır.


Son xəbərlər

Eldar Mahmudovdan YENİ XƏBƏR VAR - Yarım milyona yaxın...

Qalmaqallı şirkətə 9 milyonluq tender verildi - TƏFƏRRÜAT

Bəzi bölgələrə leysan yağıb, şimşək çaxıb

Seçici siyahılarının yerləşdirilməsi üçün ayrılan müddət başa çatır

Deputatı öldürməkdə təqsirləndirilən gənc günahsız olduğunu deyir

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Nazir Bayandura `DAYAN, DUR` deyəcəkmi? - İLGİNC

Binəqədidə neft boru kəmərinin üstündə obyekt inşa olunur, RİH başçısı bu cür qanusuzluğa göz yumur- SƏBƏB? - FOTOFAKTLAR

Bu universitetlərdə illik təhsilhaqqı artırıldı - SİYAHI

Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişi təsdiqləndi

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

AYNA yığdığı cərimələrlə rəhbərliyin maaşını artırır? - Natiq Cəfərlidən sensasion iddialar

Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA

Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir"

Çörəkdən uzaq durun - 1 ildə 10 yaş qocaldır

Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI – TƏFƏRRÜAT

Ədalət Vəliyevin işçisi bu dairədən namizəd olur? – YAP-ın idarə heyətinin üzvü olan namizəd isə….

“İsa Bulağı“nda bir stəkan çay 32 manatdır?

Kolleclərə ixtisas seçimi başladı

Bu işçilərin mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği müəyyənləşdi

Paşinyan yenidən Azərbaycanla sərhəddə gedəcək

Amerikalılar uşaq sahibi olmaq istəmirlər - ARAŞDIRMA

"Sülh sazişinin vaxtıdır" - ABŞ səfirliyi

Sabirabad rayonunda "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ermənistan Türkiyə ilə quru sərhədini açmaq istəyir

Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Bu xəstəlikdən dünyada ilk ölüm halı qeydə alındı

Qarın yağları demans və Parkinson xəstəliyi riskini artırır

Bakıda rəsmən AAYDA İŞGƏNCƏSİ… – yolları iflic duruma salmaları bir yana…

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verildi

Bütün xəbərlər