Gündəm

Moskvadakı terror aktını planlayanın başına ABŞ 10 milyon dollar doyub

MUMtv.az: - Sənaullah Qafari (1994) daha çox Şahab əl-Muhacir adı ilə tanınır. O, 2020-ci ildən İslam Dövlətinin Xorasan vilayətinin 7-ci əmiri kimi fəaliyyət göstərir.

Maraqlıdır ki, o, bir müddət özbək əsilli Əfqanıstan generalı, Əfqanıstandakı özbəklərin lideri, Əfqanıstanda yüksək vəzifələrdə çalışmış Əbdül Rəşid Dostumun cangüdəni olub.

O, 2010-2012-ci illər arasında Haqqani şəbəkəsinə qoşulub. Orta səviyyəli əməliyyatlara rəhbərlik edib. O, bir müddət Əl-Qaidə ilə birlikdə döyüşüb. Taliban isə Qafarinin Haqqani şəbəkəsinin üzvü olduğunu inkar edir.

2020-ci ilin aprelində Qafari İŞİD-Xorasanın əmiri və əməliyyat rəhbəri təyin edilib. O, həmçinin İŞİD-X əmiri adlandırılan ilk qeyri-Əfqan və qeyri-Pakistan vətəndaşıdır. O, Əfqanıstana İraqdan gəlib.

Moskvadakı terror aktını planlayanın başına ABŞ 10 milyon dollar doyub

Qafarinin 2021-ci ildə Kabildə təşkil etdiyi hava limanına edilən hücumdan sonra Taliban onu ələ keçirmək üçün hər cür tədbir görəcəyini elan etdi.

2023-cü ilin iyun ayında Talibanın Kəşfiyyat Baş Müdirliyi Kunar əyalətinin Sirkanay rayonunda İŞİD-X-ya qarşı "böyük əməliyyata" başladı və ən azı onların 3 sığınacağını məhv etdi. 14 İŞİD-X üzvünün öldürüldüyü bildirildi. Əməliyyatın məqsədi kəşfiyyat məlumatından sonra Qafari və İŞİD-X-ın sözçüsü Sultan Əziz Əzzamı öldürmək və ya ələ keçirmək idi.

Pakistan mediası Əfqanıstan və Pakistan kəşfiyyat rəsmilərinə istinadən Qafarinin iyunun 9-da "müəmmalı şəraitdə” öldüyünü bildirib. Bu xəbəri "Amerikanın Səsi" radiosu Əfqanıstan mənbələrinə istinadən təsdiqlədi. Taliban sözçüsü isə bildirdi ki, bu kimi xəbərləri təsdiq edə bilməzlər.

2022-ci ildə ABŞ Dövlət Departamenti Şahab əl-Muhacirinin yeri barədə dəqiq məlumat verənə 10 milyon dollar mükafat təyin edib.

Moskvadakı terror aktını planlayanın başına ABŞ 10 milyon dollar doyub

İslam Dövləti – Xorasan Vilayəti (İŞİD–X) İslam Dövləti terror qruplaşmasının Cənubi-Mərkəzi Asiyada, ilk növbədə Əfqanıstanda fəaliyyət göstərən regional qoludur. İŞİD-X öz sərt, fundamental islamçı idarəçiliyi altında İslam xilafətini qurmaq üçün tarixi Xorasan bölgəsində hazırda mövcud olan idarəçiliyin yaratdığı sabitliyi pozmağa və devirməyə çalışır...

Məhz 29 yaşlı Şahab əl-Muhacirin göstərişi ilə terrorçular Moskvada kütləvi qırğın törədib. Hal-hazırda terror qurbanlarının sayı 115 nəfəri keçib.

İŞİD-X Əfqanıstan və Pakistanda dinc sakinlərə qarşı çoxsaylı yüksək səviyyəli hücumlar həyata keçirib. Ən diqqətəlayiq hücumlar arasında 2021-ci ilin avqustunda ABŞ-ın ölkədən çıxması zamanı Kabildə 13 Amerika hərbçisinin və ən azı 169 əfqanın ölümünə səbəb olan intiharçı partlayışı var. 2018-ci ilin iyulunda Pakistanda seçki mitinqlərində ən azı 131 nəfərin ölümünə səbəb olan iki intiharçı partlayışı, 2016-cı ilin iyulunda Kabil şəhərinin mərkəzində 97 xəzər etnik qrupuna məxsus etirazcının ölümü (xəzərlər şiədir) ilə nəticələnən ikiqat partlayış, 2023-cü ilin iyulunda Pakistanın Xar şəhərində keçirilmiş mitinqində 63 nəfərin ölümünə səbəb olan intiharçı partlayışı yada salmaq olar.

Moskvadakı terror aktını planlayanın başına ABŞ 10 milyon dollar doyub

İŞİD-X hücumlarının əksəriyyəti Əfqanıstanın şərqində və Pakistanın qərbində baş versə də, qrup Əfqanıstanın şimal qonşuları olan Tacikistan və Özbəkistana raketlər atdığını iddia edib. 2024-cü il yanvarın əvvəlində iki İŞİD-X hücumçusu İranın Kirman şəhərində ABŞ tərəfindən qətl edilmiş Qüds Qüvvələrinin lideri Qasim Süleymaninin ölümünün ildönümü ilə bağlı matəm mərasiminin keçirildiyi ərazidə iki intiharçı partlayış törədib. 94 nəfərin ölümünə səbəb olan hücum İŞİD-X-nın Əfqanıstan-Pakistan bölgəsi sərhədlərini aşan ilk hücumu idi. Dünən isə İŞİD-X cənub-qərb Asiyadan kənarda ilk hücumunu Moskvada həyata keçirib.

Xeyli müddətdir ki, İŞİD-X Taliban hökuməti ilə uzun sürən münaqişəyə cəlb olunub. Taliban və İŞİD-X ABŞ-a qarşı fəal mübarizə aparsalar da, ABŞ geri çəkildikdən sonra İŞİD-X nəzərdə tutulan İslam xilafətini qurmaq üçün Taliban rejimini nüfuzdan salmaq, sabitliyi pozmaq və devirmək üçün səylərini artırıb...

Onu da xatırladım ki, Taliban terror üsulu ilə mübarizə apararaq Əfqanıstanda rəsmən hakimiyyətə gəldi. İŞİD isə bir müddət Suriya və İraqda iqtidarda (2013-2014) oldu. Bu kimi nümunələr mövcud terrorçu qruplara marağı daha da artırdı. İndi çoxları elə düşünür ki, terror vasitəsi ilə bu və ya digər müsəlman ölkəsində iqtidarı devirmək və hakimiyyətə gəlmək olar. O da maraqlıdır ki, sünni terror qruplarının əsas şüarı islam xilafəti ilə bağlıdır. Şiə terrorçu qruplar arasında isə xilafət ideyası o qədər də populyar deyil...//qaynarinfo.az


Son xəbərlər

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Bütün xəbərlər