Hadisə

Azərbaycanlı gimnast villada girov saxlanılır? - Dubayda... - FOTO

Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlının valideynlərini Dubay polisi tutub aparıb.

Mumtv.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Dubay şahzadəsi ilə evli olan və hazırda orada yaşayan gimnastımız Zeynəb Cavadlı üç uşağı ilə villadan çıxa bilmir. Buna səbəb qapıların bağlı olmasıdır. Uşaqlarının əlindən alınacağından qorxan ana köməksizdir. Məsələyə Xarici İşlər Nazirliyinin və Ombudsman Aparatının reaksiya göstərilməsinin vacibliyi vurğulanır.

Qeyd edək ki, Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə gedib. Cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evləniblər.

 

Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olub, əslən Naxçıvandandır. 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış edib. Lakin 2012-ci ildə aldığı zədə üzündən idmançı fəaliyyətini yekunlaşdıraraq, məşqçi karyerasına başlayıb.

Səid Əl Məktum 1976-cı ildə Dubayda anadan olub. Onun atası Maktum ibn Rəşid Əl Məktum 1990-2006-cı illərdə Dubayın əmiri olub. Onun vəfatından sonra isə hakimiyyətə əmisi Məhəmməd ibn Rəşid gəlib. Səid Əl Məktum 1995-ci ildən etibarən peşəkar atıcı kimi fəalliyət göstərir, Olimpiya oyunlarının iştirakçısıdır. Atasının vəfatından sonra onun 16 milyard dollar dəyərində qiymətləndirilən mirası yeganə övlad kimi Səid Əl Məktuma keçib.

Səid Əl Məktum Birləşmiş Ərəb Əmirliklərinin ən varlı şeyxlərindən biri, mesenat kimi tanınır. //Teleqraf.com

Azərbaycanlı gimnast villada girov saxlanılır? - Dubayda... - FOTO
(Big.az)

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər