Gündəm

Əfqanıstanda universitetlər qız tələbələri olmadan təhsilə başlayırlar

"MUMtv.az" "CNN türk"ə istinadən xəbər verir ki, Əfqanıstanda universitetlər qış tətilindən sonra qız tələbələrin iştirakına icazə verilmədən yenidən açılıb. Dekabr ayında Əfqanıstanda Taliban Ali Təhsil Naziri yazılı açıqlama ilə qadınların universitetə getməsini qadağan etmişdi.

Beləliklə, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikləri 2021-ci ildə qadınların təhsil almasına icazə verən siyasətlərini ləğv edib.

Bu müddət ərzində qadınlar müxtəlif digər oxşar məhdudiyyətlərlə üzləşiblər.

Bir çox orta məktəblər qapılarını qız tələbələrin üzünə bağlayıb.

Taliban rəsmiləri bu müdaxilələrin müvəqqəti olduğunu deyirlər.

Səlahiyyətlilər geyim qaydalarının pozulması, büdcə çatışmazlığı və kurrikulumun yenidən formalaşdırılması zərurəti də daxil olmaqla müxtəlif səbəblər göstərir.

Bildirilir ki, universitetlərin əksəriyyəti artıq qadın və kişilərin ayrılması kimi tədbirlər görüb.

Qadınlar həyatlarının tamamilə dəyişdiyini deyirlər.

Kompüter mühəndisliyi fakültəsinin 4-cü kurs tələbəsi deyir ki, "Mən indi heç nəyəm. Universiteti bitirmək, magistratura, sonra isə fəlsəfə doktoru olmaq istəyirdim. İşləyib vətənimə xidmət etmək istəyirdim, amma artıq bunu edə bilmirəm. ."

Bu qadağa oğlan tələbələrə də təsir edir.

Bir kişi tələbə sinifə qayıtmağı dəfn mərasiminə bənzədir:

"Universitetimizdə ölüm havası var. Hamı çox narahat idi. Səbəbini bilirdim, amma Taliban rəhbərliyinin məni saxlaması barədə danışmaqdan qorxdum".

Digər bir oğlan tələbə isə "Yalnız kişilərlə ölkə qurmaq mümkün deyil. Qadınların bizimlə çiyin-çiyinə işləməsinə ehtiyacımız var" deyir.

Tələbə qızlar Talibanın tətbiq etmək istədiyi məhdudiyyətləri yerinə yetirməyə hazır olduqlarını bölüşürlər.

Kabil Universitetinin 2-ci kurs teatr tələbəsi deyir: "Əgər onlar bizim hicab taxmağımızı istəyirlərsə, biz də onları geyə bilərik. Əgər kişi və qadını ayırmaq istəyirlərsə, onlar da bunu edə bilərlər, nə qədər ki, biz öyrənməyə davam edirik".

Ölkədə qadın hüquqlarına qarşı müxtəlif etirazlar keçirilir, lakin onların əksəriyyətinə Taliban mane olur.

Taliban çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının (BMT) ofisi qarşısında kiçik nümayişi dağıdıb.

Sosial şəbəkələrdə bir qrup tələbə qızın Kabil Universitetinin qarşısında oturub kitab oxuyarkən çəkdirdiyi fotolar paylaşılıb.

Talibanın qadınlara tətbiq etdiyi məhdudiyyətlər də beynəlxalq reaksiyalara səbəb olub.

BMT-nin bu həftə açıqladığı hesabatda deyilir ki, məhdudiyyətlər insanlığa qarşı cinayət təşkil edə bilər.

Talibanın xarici işlər naziri Əmir Xan Müttəki BBC Puştu xidmətinə verdiyi müsahibədə qadınların məşğulluğu və təhsili ilə bağlı "bəzi çatışmazlıqları" etiraf edib, lakin minlərlə qadının hələ də işləməyə davam etdiyinə diqqət çəkib.

"Ümid edirik ki, problemlər tədricən həll olunacaq. Dünya səbirli olmalıdır", - Müttəki bildirib.

MUMtv.az
Fatimə Kamalqızı


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər