Gündəm



MUMtv.az: - Adətən bayram ərəfələrində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı və ya aministiya imzalanır. Lakin cari ildə hələ ki bu barədə bir məlumat yoxdur.

Bir müddət əvvəl hüquq müdafiəçisi Novella Cəfəroğlu may ayında aministiya və əfv olacağını söyləmişdi.

O, həmçinin artıq komissiyanın işlədiyini deyib: "Mən belə başa düşürəm ki, amnistiyanı may ayına saxlayıblar. Mayda həm amnistiya, həm də əfv sərəncamları olacaq. Çünki adətən, amnisitiya hər il bayramqabağı olurdu. İndi bununla bağlı komissiya işləyir və amnistiyanın əfvlə birgə olması gözlənilir”.

Modern.az məsələ ilə bağlı Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevlə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Əliməmməd Nuriyev söyləyib ki, hər hansı vaxt, tarix demək düzgün olmaz:

"Bütün hüquq müdafiəçilərinin, o cümlədən Novella xanımın fikirlərinə hörmət və rəğbət bəsləyirik. Çünki hər zaman məhkum olunmuş şəxslərin azadlığa çıxmasına çalışırlar. Əfv komissiyasına və digər qurumlara bir çox təkliflərini irəli sürür. Əfv sərəncamının may və ya başqa aylarda olması məsələsinə gəldikdə, bu Prezidentin müstəsna səlahiyyətidir. Cənab Prezident özü bilir. Buna görə də mənim hansısa tarix və ya vaxt dilə gətirməyim doğru olmaz. Əlbəttə, il ərzində Əfv sərəncamları imzalanıb. Cənab Prezidentin fəaliyyət istiqamətləri içərisində prioritetlərindən biri də cəzanın hümanistləşməsi yönündə addımların atılmasıdır. Bununla əlaqədar olaraq, qanunlar, qərarlar, o cümlədən Əfv sərəncamıının verilməsinin şahidi olmuşuq. Prezidentin siyasətində mərhəmət, ədalət, qayğıkeşlik prinsipləri hər zaman nəzərə çarpır. Birinci xanım Mehriban Əliyevanın da fəaliyyətində mərhəmət prinsipi mühüm yer tutur. Bütün bunlarda əsas məqsəd məhkumların cəmiyyətə yenidən inteqrasiyası, ailəsinə qayıtması və normal fəaliyyət göstərməsidir. Bu şans hər zaman verilir".

Komissiyanın işə başlaması ilə bağlı isə Əliməmməd Nuriyev bunları deyib:

"Bizim komissiyanın və Prezident Administirasiyasının hüquq mühafizə şöbəsinin əfv sektoru hər gün işləyir. Onun fəaliyyətində fasilə yoxdur. Bizim hər birimizin arzu və istəklərimiz ola bilər. Bu, normaldır. Amma hər bir hüququn həyata keçirilməsinin subyekti var. Əfv hüququ da müstəsna konstitusion səlahiyyət kimi cənab Prezidentə məxsusdur".


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər