Gündəm

"MUMtv.az" xəbər verir ki, Cəbrayıl rayon Mehdili kənd sakini  Sadıqov Rauf Əbil oğlu tərəfindən redaksiyamıza müraciət daxil olub.

Vətəndaş Rauf Sadıqov müraciətində bildirir ki, "4 ay əvvəl həmyerlim - Cəbrayıl rayon Xələfli kənd sakini Məmmədli Kənan Rasim oğluna borc məqsədilə notarial qaydada 30.000 (otuz min) AZN pul vermişəm. Rəsmi müqavilədə də borcun qaytarılması üçün bir ay müddət verilmişdir. Lakin, zaman yetişdikdə qarşı tərəf olan Kənan Məmmədli  nəinki borcunu geri ödəmədi, üstəlik mənim telefon nömrələrimi də blok edib, ümumiyyətlə mənimlə əlaqəni kəsməyə çalışdı.

Belə olan halda mən Binəqədi rayon məhkəməsinə müraciət etdim.

Qeyd edim ki, buvaxta qədər artıq 4 dəfə məhkəmə prosesi keçirilib və heç bir prosesdə qarşı tərəf iştirak etməyib.  Yerli məhkəmə artıq pulun ödənilməli olduğu barəsində qərar verib, lakin hələ  mənə bildirildiyinə görə icraçıya yönləndirilməyib.

Maraqlıdır ki, 4 məhkəmə  prosesinin  heç birinə gətirilməyən, məhkəmə əməkdaşlarının "tapa bilmirik" dediyi Kənan Məmmədli mənə mesajlar yazaraq, məni təhdid edir.

Mənə yazıb ki, "rauf sene axırıncı səfər deyirem, ........ gecənin bir aləmi boğazına bıçağı dirəyib, başını kəsəcəm, evini-eşiyini, maşınını -  hər şeyini yandırıb, ele helə  gedib girəcəm türməyə".
Söyüşlə deyir, "get məhkəmədən tələb elə".
Mənə pul borclu olduğu azmış kimi, təhqir edib şəxsiyyətimi də alçaldır, həmçinin hədə-qorxu gəlir mənə.

Odur ki,  "MUMtv.az" saytı vasitəsilə  Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazova müraciət etmək istəyirəm ki, məni həyatımla təhdid edən Kənan Məmmədli barəsində tədbir görsünlər. Mənim həyatım təhlükə altındadır.  Evdən çıxıram, fikrim qalır evdə. Qorxuram ailəmə, evimə, yaxud elə özümə xətər yetirər. Çox xahiş edirəm, hüquq mühafizə orqanları bu barədə tədbir görsünlər, eyni zamanda pulumun qarşı tərəfdən alınıb, geri ödənilməsində mənə köməklik göstərsinlər".

"MUMtv.az" olaraq qeyd edirik ki, vətəndaş  Rauf Sadıqovun redaksiyamıza ünvanladığı videomüraciəti və qarşı tərəfin təhdid etdiyinə dair materiallar  redaksiyamızda saxlanılır.

Yazılan mesajlarda təhqiramiz, həmçinin şiddət göstəricisi olan ifadələr  işlədildiyi üçün yazıya daxil etmirik.

Vətəndaşın iddiaları ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.









Son xəbərlər

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Bütün xəbərlər