Gündəm

Məhkəmə prosesi zamanı nələr yaşandı...

MUMtv.az: - Xəbər verdiyimiz kimi kənd sakinlərinin bələdiyyə sədrinə məxsus olduğunu iddia etdikləri qanunsuz fəaliyyət göstərən balıq göllərinin, eyni zamanda bələdiyyə sədri barəsində iddia olunan digər məsələlərin araşdırılması üçün "Dogruxeber.az" informasiya agentliyinin baş redaktoru Kamal Əsgərov aidiyyəti qurumlara müraciət edib. Məhz buna görə də Daşkəsən rayon "Çanaqçı" kənd bələdiyyəsinin sədri Eyvaz Vəliyev baş redaktoru etik və əxlaqa zidd ifadələrlə təhqir etmişdir.

Baş redaktor Kamal Əsgərov isə ağır ifadələrlə şəxsiyyətinə toxunan bələdiyyə sədri Eyvaz Vəliyev barəsində məhkəməyə müraciət etmişdir.

DogruXeber.az

16.11.2021-ci il tarixində sözügedən məhkəmə prosesinin ilkin hazırlıq mərhələsi baş tutdu.

Məhkəmənin elə birinci mərhələsi onu göstərdi ki, Eyvaz Vəliyev nəinki səhvini anlamayıb, nəinki ifadələrindən peşman olmayıb, əksinə, agentliyimizdə haqqında güya "şər-böhtan" məlumatlar yazıldığını iddia edərək, özünə haqq qazandırmağa çalışdı.

Əvvəla Eyvaz Vəliyevin və onun tərəfdarlarının diqqətinə çatdırırıq ki, dərc edilən bütün iddialar agentliyimizin deyil, kənd sakinlərinin Eyvaz Vəliyev haqqında söylədikləri məlumatlardır. Bütün məlumatlar barəsində agentliyimiz tərəfindən aidiyyəti qurumlara müraciət edilməsi də məsələyə qeyri-peşəkarcasına, "kor-koranə" deyil, Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanunun müvafiq maddəsinə uyğun olaraq, məlumatların obyektiv araşdırılması və hüquqi həllini tapması üçündür.

"DogruXeber.az" informasiya agentliyi olaraq, şəxsiyyətindən və vəzifəsindən asılı olmayaraq, kimsəyə qarşı qərəzli deyilik, heç bir zaman, heç kimsənin şəxsiyyətinə toxunmuruq. Belə olan halda qanun var, məhkəmə var.

Şükürlər olsun hüquqi dövlətdə yaşayırıq.

Haqqında dərc edilən məlumatlar kimliyindən asılı olmayaraq, heç bir məmur, sahibkar, yaxud digər şəxslərə ixtiyar vermir ki, o medianı, jurnalisti təhqir etsin, şərəf və ləyaqətinə toxunsun.

Bunu təqribən 20-25 dəqiqə davam edən məhkəmə prosesi zamanı Daşkəsən rayon Məhkəməsinin sədri, hakim Azad Əliyev özü də vurğuladı.

İlkin mərhələdə hakim Azad Əliyev bələdiyyə sədrinə haqlı iradları, hər iki tərəfə tövsiyyələri və məsələyə obyektiv yanaşması bizdə inam yaratdı ki, baş redaktorun şərəf və ləyaqətini alçaltmaqla, pozulmuş hüquqları bu məhkəmədə bərpa ediləcək, eyni zamanda məsələyə ədalətli baxılacaq və qərar veriləcək. Hələlik, bu sadəcə bir ümiddir. Daşkəsən rayon məhkəməsinin nə dərəcədə ədalətli mövqedə olması dekabr ayının 7-də keçiriləcək növbəti məhkəmə prosesində bəlli olacaq.

Bu məhkəmə bəzi həmkarlarımızın da vurğuladığı kimi, mətbuatın məhkəməsidir. Odur ki, sözügedən məhkəmə prosesinin nəticəsini bizim qədər gözləyən, izləyən hər kəsin diqqətinə çatdıracağıq.

DogruXeber.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər