Gündəm

Ekologiya və "Sərvətlər" Nazirliyinin "sərvətləri"   Azərbaycan xalqına, yoxsa Babayevlərə məxsusdur? - VİDEO

MUMtv.az: - Ekologiya və təbii sərvətlər nazirliyi !

Kimlər üçünsə sözün əsl mənasında SƏRVƏTLƏR nazirliyidir. Yaşam üçün, səhhətimiz üçün vacib olan ekologiyamıza nəzarət və xidmət edən, daha doğrusu etməli olan bu qurum barəsində internet üzərindən kiçik bir axtarış-araşdırma etdik.

Nələr gördük, nələr duyduq təsəvvür edə bilməzsiniz.

Amma, yox. Elə siz də həm mediada yayımlanan məlumatlardan, həm də hər gün qarşılaşdığınız ekoloji problemlərdən, havanı çirkləndirən qara tüstülərdən, yaşayış ərazisinin düz yaxınlığında (hətta bəzən içində) mövcud olan məişət tullantılarından, həmçinin kəsilmiş ağaclardan, özümüz üçün cərimə cəzası, yadlara isə nuş olan ov quşlarının ovlanmasından və sair bütün bunlara cavabdeh sözügedən Nazirliyin fəaliyyətindən (fəaliyyətsizliyindən) xəbərdarsınız.

Media vasitəsilə sakinlər meşə ağaclarının kəsilməsindən, meşə zolaqlarını rüşvət müqabilində "otlaq" sahəsi kimi ərazi sakinlərinin istifadəsinə verilməsindən, Sumqayıt şəhər "Kimyaçılar" qəsəbəsində, həmçinin Binəqədi rayon 6-cı mədən "DSK yolu" tərəfdəki özəl zavodlardan, sexlərdən qalxan qara tüstülərdən gileylənirlər.

Hətta, sözügedən ekoloji problemlərin əksəriyyəti barəsində sakinlər özləri də bildirirlər ki, bir çox qurumlara, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəfələrlə müraciət ediblər.

Amma, çi fayda...

Yerli saytlardan əldə etdiyimiz məlumatlara görə cənab nazir Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyini az qala "ailə biznesi"nə çevirib. Bütün qohum-əqrəbasını başına toplayıb, ekologiyanın "evini yıxmaq bahasına" özünə sərvətlər toplayır.

Yadlara (media nümayəndələri və şikayətçilərə) isə nə özü, nə işçiləri qətiyyən məhəl qoymur. El dili ilə desək, Muxtar Babayev "çörəyi özününkülərlə bölüşür". Şəhərin mərkəzində, əhalinin sıx yaşadığı ərazilərdə tikinti şirkətlərinin kəsdiyi ağaclar, fermerlərin, heyvandarlıq təsərrüfatı ilə məşğul olan sahibkarların yaşıllıqları məhv etməsinə, özəl zavodların, müəssisələrin havaya qalxan qara tüstülərinin havanı çirkləndirməsinə isə göz, bütün bunlar barəsində jurnalistlərin suallarına qulaq yumur.

Atalar deyir: "Gəlin ocağa gələr."

Sözügedən nazirliyin Rəhbərliyindən "örnək" alan bütün işçiləri də eyni "xasiyyət", eyni "iş prinsipi" ilə çalışırlar.

Hətta, nazirliyin mətbuatla əlaqələr şöbəsi belə mətbuatın sorğularını, müraciətlərini həftələrlə, aylarla, bəzən də ümumiyyətlə cavabsız qoyur.

Düşünürük ki, Dövlət qurumunun dövlət büdcəsindən maaş alan işçilərinin bu cür fəaliyyətsizliyi büdcə israfından başqa bir şey deyil.

Bu bizim fikrinizdir. Muxtar Babayev isə deyəsən fərqli düşünür. O texniki işçiləri, meşə gözətçilərini "israf" hesab edir. Bizə belə deməyə, onun ötən il pandemiyanın hər sahəyə "hakim olduğu" bir zamanda meşələrə nəzarət edən onlarla işçini işdən azad etməsi əsas verir.

Səbəbsə onu göstərdi ki, güya həmin gözətçilər yerli sakinlərlə əlbir olub, meşələri məhv edirlər.

Əslində, əgər bu səbəb həqiqətdirsə, bu doğru addımdır. Amma, nədənsə cənab nazir böyük bizneslərlə məşğul olan sahibkarlarla əlbir olub yaşıllıqları "köçürmə" adı ilə məhv edən qohumları barədə belə bir addım atmır.

Deyək ki, xəbəri yoxdur, bəlkə ona görə?! .... O da deyil.

Çünki, dəfələrlə şəxsən biz özümüz həm rəsmi, həm şifahi olaraq nazirliyin mətbuat xidmətinə müraciətlər edib, sorğular göndərmişik.

Cavab isə ya ümumiyyətlə olmayıb, ya da dəfələrlə nazirliyin mətbuat xidmətindən İradə xanım İbrahimovaya telefon açıb, sorğumuzu xatırlatdıqdan sonra, bizi biraz da intizarda saxlayıb, sonunda elə cavab göndərirlər ki, heç nə anlamaq olmur. Dəxlisiz və əsassız cavablarla bizi "yola verməyə" çalışıblar. Elə Daşkəsən rayon "Çanaqçı" kəndində bələdiyyə sədrinin qanunsuz balıq gölləri barəsində olan müraciətimizdə olduğu kimi.



Yox, ümumiyyətlə baxmadılar demirik. 2-3 ay ərzində, dəfələrlə, təkrar-təkrar İradə xanım İbrahimovaya telefon açıb, cavab istədikdən, bələdiyyə sədri Eyvaz Vəliyevə iz itirmək üçün kifayət qədər vaxt ayırdıqdan sonra, nəhayət ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə regional idarəsindən arayıb,
araşdırmaq üçün sözügedən ünvana nümayəndə göndərildiyini bildirdilər. Şikayətçi Oktay Abdullayevin də iştirakı ilə sektor müdiri Samir Abdullayev və digər nümayəndə Orxan Həsənov həmin ünvanda oldular. Necə araşdırma apardıqları, həmçinin Samir Abdullayevin açıq şəkildə bələdiyyə sədrinin mövqeyini qorumağa çalışdığı barəsində ötən yayımda məlumat vermişdik.

My Webpage

Sözün açığı Samir Abdullayevin bu davranışları bizi qətiyyən təəccübləndirmədi. Bəlli ki, o da işçisi olduğu qurumun rəhbəri Muxtar Babayev və qohumlarından "nümunə" götürüb "ərköyünlük" eliyir.

Yeri gəlmişkən Avqust ayının ikinci yarısında bir məlumata rast gəldik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tender müqaviləsi imzalayıb. Özü də katirovka sorğusu baş tutmadan, Dövlət Satınalma Portalında göstərilmədən.

Bundan əlavə deyilənə Muxtar Babayevin doğmaca əmisi oğlu olan Füzuli Babayevin direktoru olduğu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Təminat İdarəsi Avqust ayının sonlarında eyni malların satın alınması səbəbi ilə bir gündə bir neçə MMC-lərlə yüksək məbləğlərin də qeyd edildiyi tender müqavilələri imzalayıb. Hər iki müqavilə ilə bağlı yaranmış suallarımızı aydınlıq gətirilməsi üçün sözügedən idarənin elektron ünvanına "DogruXeber.az" İnformasiya agentliyi adından sorğu göndərdik. Avqustun sonlarında və sentyabr ayının 2-də göndərdiyimiz və 24 saat ərzində cavablandırılmalı olan elektron müraciətimizə, israrımızla Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə xanım İbrahimova sentyabr ayının 23-də, digərinə isə 29-da nəhayət ki, cavab verdi.

Əslində heç onlara "cavab" da demək olmaz.

Çünki, verilən cavabların heç biri yaranmış suallarımıza aydınlıq gətirmədi. Dövlət satınalma Portalında haqqında heç bir məlumata rast gəlmədiyimiz müqavilə barəsində Nazirliyin mətbuat xidməti "Dövlət Satınalma Portalında ətraflı məlumat dərc edilmişdir" - deyə cavablandırıb. Digər, idarənin bir gündə, bir neçə MMC ilə imzaladığı müqavilələrə gəlincə isə suallarımıza ötəri cavab verərək, əsas cavablardan yayınıb.

Hansı ki, digər suallarımızda idarənin müqavilə imzalanan MMC-lər barəsində nə dərəcədə məlumatlı olduğunu soruşmuşduq. Onlar isə cavabında həmin suallarımızın qarşı tərəfə aid olduğunu bildirib.

Bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin özünün və nəzdində olan idarələrin rəhbərlərinin öz işçiləri ilə "iş birliyinin" və birgə fəaliyyətlərinin hansı həddə olmasını göstərir.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər