Gündəm

Məcnun müəllim BUNLARI BİLSƏ YAXŞIDIR... - "Emal müəssisələri məmurlara yaxın olan adamların əlindədir..."

“Azərbaycanda fındığın ixrac dəyəri tez-tez dəyişir. Bu dəyişmələr fermerlərin ziyanındadır”.

MUMtv.az: - Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə deyir. O bildirir ki, ötən il 2022-ci ilə baxanda fındıq ixracı həm fiziki çəkidə, həm də dəyər ifadəsində artıb. Lakin 2019-cu illə müqayisə onu göstərir ki, fındıq ixracatçılarının gəliri 2 dəfəyədək azalıb.

Son illər Azərbaycanda fındığın əkin sahəsi xeyli genişləndirilib. 2015-ci ildə 32,7 min hektarda fındıq bağı salınmışdısa, 2022-ci ildə bu rəqəm 81,4 min hektaradək artıb. Bu o deməkdir ki, son 7 ildə fındığın əkin sahəsi 2,5 dəfə böyüyüb.

2017-ci ildə Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən ölkə başçısı İlham Əliyev də baramaçılıqdan və tütünçülükdən fərqli olaraq fındıqçılığın daha çox inkişaf etdiyindən danışmışdı.

Demişdi ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar olub, bu rəqəm 2013-cü ildə 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb.

“Hazırda 55 min hektarda fındıq bağları salınıb. Əlbəttə, bu, son hədəf deyil. Qarşıya məqsəd qoyulub ki, biz fındıq bağlarının sahəsini 80 min hektara çatdıraq”.

Həmçinin Prezident deyib ki, fındığın ixracı ilə bağlı gələcəkdə heç bir problem olmayacaq.

Vahid Məhərrəmov isə deyir ki, son illər fındığın ixracında xeyli problemlər yaranıb. Onun sözlərinə görə, son 5 ildə fındıq ixracının dinamikası tez -tez dəyişir, gah artır, gah azalır:

“2019-cu ildə ixrac edilən fındığın miqdarı 22 639 ton, dəyəri isə 125 621 min dollar olub. Bu göstərici 2018-ci ilə nisbətən fiziki çəkidə 24 faiz, dəyər ifadəsində 30 faiz çox olsa da, növbəti 2020-ci ildə fındıq ixracı 2019-cu ilə nisbətən fiziki çəkidə 16,5 faiz, dəyər ifadəsində isə 7,3 faiz azalıb. Növbəti iki ildə də fındıq ixracının həcmi 2019-cu il səviyyəsinə qalxmayıb. 2023-cü ildə fındıq ixracı fiziki çəkidə 2019-cu ilə nisbətən artsa da, dəyər ifadəsində 2 faizədək azalıb. 2023-cü ildə 2019-cu ilə nisbətən fındıq ixracatçılarının gəlirləri 2 milyon 486 min dollar azalıb”.

2023-cü ildə Azərbaycandan 44,6 milyon avro dəyərində Avropa İttifaqı ölkələrinə fındıq ixrac edilib. Bu, əvvəlki ilə nisbətən 23,2 faiz azdır.

Azərbaycandan Almaniyaya 23,4 milyon avro dəyərində 4,2 min ton meşə fındığı idxal edilib. Bu da əvvəlki ilə nisbətən dəyər ifadəsində 64,1 faiz, fiziki çəkidə isə 71,4 faiz çoxdur.

Vahid Məhərrəmov deyir ki, dünyada fındıq istehsalı ilə cəmi 30 ölkə məşğul olsa da, fındıq bazarında cox ciddi rəqabət var.

Onun sözlərinə görə, fındıq məhsulunun rəqabətqabiliyyətli olması üçün keyfiyyət səviyyəsinin yüksək, maya dəyərinin isə ucuz olması şərtdir. Məhsulun maya dəyərinin aşağı olması üçün məhsuldarlıq yüksək olmalıdır:

“Türkiyə və bəzi ölkələr istisna olmaqla əsas fındıq istehsal edən ölkələrdə məhsuldarlıq yüksəkdir. Məsələn, hər hektardan İtaliyada 16 sentner, Polşada 15, Çində 20, Fransada 19, Gürcüstanda 17, ABŞ-da isə 23 sentner məhsul əldə olunur. Azərbaycanda isə fındığın ən yüksək məhsuldarlığı 2005-ci ildə 15 sentner olub. 2022-ci ildə ölkə üzrə orta məhsuldarlıq 13,9 sentnerədək düşüb”.

Ekspert deyir ki, ölkə üzrə fınıdığın hər hektar üçün ortalama məhsuldarlığı 800-900 kiloqramdır və bu, çox azdır:

“Beləliklə, fındıqçılıqda əkin sahələri genişlənir, məhsul istehsalı artır və hektardan məhsuldarlıq isə lazımı səviyyəyə qalxmır. Bunun da səbəbi sahədə mövcud olan problemlərin uzun müddət həll edilməməsi ilə bağlıdır. Fındıqçılıqla məşğul olan əksər fermerlər fasiləsiz suvarma suyu ilə təmin olunmur. Həmçinin keyfiyyətli gübrə, pestisid çatışmazlığı səbəbindən rəqabətqabiliyyətli, yüksək keyfiyyətli məhsul istehsal edə bilmirlər. Emal müəssisələri məmurlara yaxın olan adamların əlindədir, qiyməti onlar diktə edir. Ən ciddi problemlərdən biri də ölkədə peşəkar kadr çatışmazlığıdır”.

Vahid Məhərrəmov düşünür ki, sahənin inkişaf etdirilməsi üçün fermer, kəndli təsərrüfatlarının fasiləsiz suvarma suyu ilə təmin edilməsi, aqrar sahə üzrə yüksək səviyyəli peşəkar kadrların hazırlanması, emal sahəsində, bazarda inhisarçılığın aradan qaldırılması kimi məsələlər həll edilməlidir.//dia-az.info


Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər