Gündəm

“AzerGold” QSC və törəmə müəssisələrinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

"MUMtv.az" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Azərbaycan Dövlət Pantomima Teatrının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycan Dövlət Pantomima Teatrında təşkil edilən, “AzerGold” QSC və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin əməkdaşlarının iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

“AzerGold” QSC və törəmə müəssisələrinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Tədbirdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyev çıxış edərək, 32 il öncə Xocalıda dinc azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib.

X.Fərzəliyev erməni millətçiliyinin gerçək mahiyyətini əks etdirən bu vandalizmin heç bir zaman unudulmayacağını bildirib.
Ermənistanın terror siyasətinin Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək məqsədi daşıdığını deyən X.Fərzəliyev Xocalı faciəsindən 28 il sonra şanlı ordumuzun hərb meydanında düşmənə layiqli cavab verdiyini, Xocalı cəlladlarının böyük bir qisminin tutularaq ədalət mühakiməsinə cəlb edildiyini qeyd edib. Cari il ərzində xocalılıların öz doğma yurd-yuvalarına qayıdacaqlarını böyük qürur hissi ilə xatırladan “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin liderliyi
ilə faciə qurbanlarının qisasının böyük qəhrəmanlıqla alındığını diqqətə çatdırıb.

“AzerGold” QSC və törəmə müəssisələrinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Daha sonra Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımını pantomima teatrı estetikasında nümayiş etdirən “Xocalı bu olub” tamaşası və onun ehtiva etdiyi mesajlardan bəhs edib. Peşəkar aktyorların ifasında həmin dəhşətli gecədə yaşanan faciəni jest və mimikaların dili ilə xüsusilə beynəlxalq müstəvidə əcnəbi tamaşaçılara
çatdırıldığı qeyd edilib.

“AzerGold” QSC və törəmə müəssisələrinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

“AzerGold” QSC və törəmə müəssisələrinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Sonda teatr kollektivinin ifasında müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Bəhruz Əhmədli olan “Xocalı bu olub” tamaşası təqdim edilib. 26 fevral gecəsi baş verənləri əks etdirən təsirli səhnələrin oynanıldığı tamaşa aktyor heyəti və tədbir iştirakçıları tərəfindən soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Bu günə olan valyuta məzənnələri

Naomi Kempbell Heydər Əliyev Mərkəzində - VİDEO

Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

Daha bir məntəqənin nəticələri ləğv edildi

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? — RƏSMİ CAVAB

Sümükləri dəmir kimi möhkəm edən ÇAY

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? — ARAŞDIRMA // VİDEO

Uzunmüddətli davam edən münasibətlərin 6 əsas SİRRİ

"Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir" - Stoltenberq

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Metronun bu stansiyasında təmirə başlanılacaq

Bütün xəbərlər