Gündəm

Azərbaycanda korrupsiyanın
Bakı Nəqliyyat Agentliyinin 2020-ci ildə
 Bakıda piyadalar üçün quraşdıracağı yol
nişanının birinin 1840 manata başa

gəlməsi ciddi müzakirələrə səbəb olub.

Almaniyadan 30 dəfə, Rusiyadan isə düz 70 dəfə baha qiymətə alınan nişanlarla bağlı BNA-nın aydınlıq gətirmək üçün açıqlama yaysa da, ümumi sözlərdən o tərəfə keçməyib və bir nişan üçün niyə bu qədər pul xərcləndiyi açıqlanmayıb.

 Mumtv "Yeni Sabah”-a istinadən  xəbər verir ki, mövzu ilə bağlı BakuPost-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, dövlət büdcəsindən maliyyələşdirilən istənilən maliyyə əməliyyatları və satınalmalarının kalkulyasiyası olmalıdır:

"Maya dəyəri hesablanmalı və maya dəyəri məntiqə və mövcud şərtlərə uyğun şəkildə hesablanmalıdır. Maya dəyəri hesablandıqdan sonra sifarişlə bağlı ya tender elan olunur, ya hazırlanması üçün şirkətlərlə daxili müqavilələr bağlanır. Bundan sonra da büdcədən ayrılan vəsaitin xərclənməsi ilə əlaqədar sonda hesablama palatası rəy verməlidir. Azərbaycanda bu praktika çox geniş yayılmadığından, dövlət idarələri istənilən qiyməti qoya bilir, istədikləri qiymətlə müqavilələr bağlaya bilirlər. Bu da olduqca çox pis praktikadır və korrupsiyaya yol açan əsas faktorlardan biridir. Ona görə də ilkin olaraq kalkulyasiya aparılmalıdır. Ən məntiqi və qanunların tələb etdiyi yol budur”.

N.Cəfərli bildirib ki, bir yol nişanının 1840 manata alınması absurddur:

"Sifarişçi təşkilat bunu izah etməlidir ki, nəyə görə bu qiymətə müqavilə bağlayıb. Yol nişanı qızıldan deyil ki, bu qiymətə də təyin olunsun. Belə bir qiymətin olması mümkün deyil”.

Yol-nəqliyyat eksperti Elməddin Muradlı da hesab edir ki, bu məntiqlə respublika yolları üçün tələb edilən bütün yol-nişanlarının alınmasına dövlət büdcəsinin yarısı sərf edilməlidir:

"Əslində, Bakı Nəqliyyat Agentliyi bununla bağlı açıqlama yayıb. Ancaq bu açıqlamada hər şeyi tam detallı izah etməyib. Yaxşı olardı ki, qaranlıq qalan bütün məqamlara qurum özü aydınlıq gətirsin. BNA-nın verdiyi yeganə açıqlama budur ki, bu nişan digərlərindən fərqlidir. Ancaq təbii ki, ilk baxışdan hətta fərqli olsa belə, bir yol nişanı üçün ödənilən məbləğ həddən artıq çoxdur, xüsusilə də əgər Avropada bunun daha ucuz variantları varsa.

Azərbaycanda təxminən respublika üzrə 20-30 min yol-nəqliyyat nişanı çatışmır. Bu nişanları bu qiymətdən hesablasaq, onda gərək dövlət büdcəsinin yarısını yol nişanlarına xərcləyək. Hesab edirəm ki, yerli şirkətlərdən bir yol nişanının alınması bu qədər baha qiymətə başa gəlirsə, bu nişanı xarici ölkələrdən sifariş verib ölkəyə gətirmək daha məqsədəuyğun olar”.

Xatırladaq ki, Dövlət satınalma reyestrinə əsasən, BNA dekabrın 24-də "MG Construction” MMC ilə bu nişanların alınması üçün müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 920 min manatdır.

Son xəbərlər

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Bütün xəbərlər