Gündəm

“Əvvəldən pul istəyirdilərsə, açıq deyərdilər, uşaqlarımızı niyə belə incidirlər?” - GİLEY

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

İki gün əvvəl Kürdəmirin Xırdapay kəndindəki "Folklor Evi”ndə Yeni il şənliyi zamanı döşəmə çöküb, şagirdlər zirzəmiyə düşüblər. Nəticədə azyaşlı məktəblilər əzilib, bir neçəsi yüngül xəsarət alıb, biri isə ayağında sınıq şübhəsiylə xəstəxanaya aparılıb.

Faktla bağlı AYNA-ya məlumat verən Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin (RİHMM) rəhbəri Lətafət Malikova bildirib ki, həmin binanın vəziyyəti yaxşı deyil: "Yenil il şənliyinin "Folklor Evi”ndə keçiriləcəyini eşidən Kürdəmir müəllimləri lap əvvəldən bunu etirazla qarşılayıb, binanın qəzalı vəziyyətdə olduğunu söyləyiblər. Rayonda büdcənun puluna tikilmiş Heydər Əliyev Mərkəzi, şəhər məktəblərinin böyük zalları olduğu halda, yararsız, uçmaq təhlükəsi olan binada niyə tədbir keçirsinlər? Hətta müəllimlər təklif ediblər ki, "məktəb zallarımız boşdur, hər məktəb şənliyi özü təşkil etsin”. Adı məlum olmayan təşkilatçılar isə cavabında deyiblər ki, "Rayon İcra Hakimiyyətindən o binanı məsləhət biliblər”. Hətta şənlik olan gün (26 dekabrda) müəllimlər bir daha həmin binanın qəzalı olduğunu dilə gətirib və şənliyinin məkanının dəyişməsi təklifini ediblər, heç bir fayda olmayıb”.

"Adi vətəndaşların, balaca uşaqların həyatı pul hərisi olan məmurların gözlərini kor edib, ürəklərini daşa döndərib. Şagirdlərin vəsaiti hesabına avtobus tutulub, hər sinifdən 10 şagird olmaqla 5 manatdan pul yığılaraq yararsız binada şənlik keçirilib. Biletlərlər də 5 manatdan satılıb. Bəlkə o bina 3 aydan sonra vaxtını bitirəcəkdi, pula həris olan məmurların sayəsində 3 gün davam gətirdi. Ölkə Prezidenti İlham Əliyev sonuncu çıxışında dedi ki, "Məmurlar, xalqdan qorxmursuz, Allahdan qorxun". Kürdəmir Rayon İcra Hakimiyyəti isə heç kimdən qorxmur. Qorxsaydılar, rayonda boş qalmış zallardan şənlik üçün istifadə edərdilər. Deməli, bu məmurlar üçün insan amili yoxdur. Xəsarət alan, ayağı sınan, sarsıntı keçirən uşaqların göz yaşları məmurlar üçün külək vıyıltısıdır. O uşaqların ah-naləsi məmurların vicdanını, görəsən oyadacaqmı?”, - Mərkəz rəhbəri vurğulayıb.

L.Malikovanın sözlərinə görə, o, xəsarət almış uşaqlardan birinin ailəsi ilə görüşüb, uşağı ziyarət edib: "Hadisə olandan sonra ailə uşağını dərhal xəstəxanaya aparıb, xərcini çəkib, iki gün keçsə də, hələ nə məktəbdən, nə təhsil idarəsindən, nə də icra hakimiyyətindən maraqlanan var”.

Ayağından zədə alan sözügedən şagirdin - Abukə Qənizadənin valideyni Natiq Qənizadə AYNA-ya açıqlamasında deyib ki, qızı Kürdəmir rayonu 3 saylı orta məktəbin 4-cü sinif şagirdidir: "Hadisə olan gün özümüz də şənlikdə idik. Uşaqlar oynadıqları zaman qəfil zalın döşəməsi çökdü və məktəblilər zirzəmiyə düşdülər, hamımız şoka düşdük, qorxduq ki, uşaqlara ciddi nə isə oldu. Dərhal uşaqlara kömək edib oradan çıxardıq, mənim qızım, o biri uşaqların onun üzərinə düşməsi nəticəsində xəsarət alıb. İki gündür, ayağı ağrıyır, bərk əzilib, bir müddət gəzə bilməyəcək, həkim sağalacaq desə də, hər halda biz ailəliklə gərginlik keçiririk. Əgər əvvəldən pul istəyirdilərsə, deyərdilər, pul verərdik, axı uşaqlarımızı niyə belə incidirlər, bu, nə vicdansızlıqdır?!”.

AYNA əməkdaşı, baş verənlərlə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısının 1-ci müavini Tacəddin Novruzovla əlaqə saxlayıb. O, əvvəlcə qərəzli və kobud davranış sərgiləyib. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunu xatırlatdıqdan sonra, Tacəddin müəllim özünü ələ ala bilib, amma də deyilənləri inkar edib.

"Elə bir söhbət yoxdur, elə bir hadisə olmayıb. Boş-boş söhbətlərdir, şantajdır”, - RİH rəsmisi bildirib.

"Əlimizdə fotolar, faktlar var, zədə almış uşaqlar ortadadır, buna nə deyirsiz, gərək ölüm ola?” sözləri qarşılığında isə Tacəddin Novruzov daha da hiddətlənərək, "yazın, rəsmi də cavab verim, bizə böhtan atırlar”, - cavabını verib.

İndi bu məsələdə maraqlı olan başçı müavininin yersiz qıçıqlanması, "böhtan” sözünü dəfələrlə işlətməsidir. Axı, ortada şayiə yox, fakt var. Jurnalist faktın yoxlanması məqsədilə sual verirsə, bunu ya təsdiq, ya da inkar edirlər. Hirslənmək niyə?

Görünür, Tacəddin müəllim İcra Hakimiyyətinin rəsmi səhifəsindəki tərifnamə xəbərlərə öyrəşib, irad eşitməyə dözümsüzdür. Həm də bu davranış "icra hakimiyyətlərinin monitorinqi” vəlvələsindən də doğa bilər.

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər