Gündəm

Sabiq məmur yaşıllığı məhv edib biznesini genişləndirir – İcra Hakimiyyəti göz yumur + FOTOLAR

MUMtv.az: - Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə sabiq vitse-prezidenti Bədəl Bədəlovun şəxsi maraqlara xidmət edən fəaliyyəti mediaya yaxşı məlumdur. Vəzifədə olduğu müddətdə özünə topdağıtmaz səltənət yaradan Bədəl Bədəlovun adı mətbuatda tez-tez büdcə vəsaitini şəxsi maraqları üçün sərf edən məmurlar sırasında çəkilib.

Bədəl Bədəlovun təkcə Bakıda onlarla bahalı əmlakı, paytaxtın “Varovski” deyilən və “varlılar məhəlləsi” kimi tanınan ərazisində dəyəri milyonlarla ölçülən bir neçə villası, ticarət obyektləri barədə mediada çoxsaylı məqalələr yayımlanıb.

Aydındır ki, yoldaş Bədəlov sadalanan əmlakları əmək haqqı ilə əldə etməyib. Bədəl Bədəlovun müxtəlif şəxslərin adına olan çoxsaylı şirkətlərinin də olduğu bildirilir. Onun vəzifədən çıxarılacağı, hətta əməllərinə görə həbsə atılacağı real ehtimal kimi səsləndirilirdi.

Nəhayət, 2023-cü ildə B. Bədəlov yeni siyasi konfiqurasiya ilə uzlaşmayan məmur kimi vəzifəsindən uzaqlaşdırıldı. Onun vəzifədən atılması mediada Prezident İlham Əliyevin siyasətinə zidd olaraq özfəaliyyətlə məşğul olan büdcə vəsaitini şəxsi maraqları üçün sərf edən daha bir məmur yola salındı” kimi başlıqlı yazılarla müşayiət olundu. Lakin görünən odur ki, Bədəlov həbsdən qurtulmağını hələ də doğru- düzgün dəyərləndirə bilməyib. Belə ki, o, bu gün də Bakıda öz şəxsi biznesini genişləndirməklə məşğuldur , lakin bunu leqal yolla deyil, başqalarına problem yaratmaq, qoçu dəstələri ilə özgəsinin əmlakına zərər vurmaq yolu ilə reallaşdırmağa çalışır.

Əldə etdiyimiz məlumata görə B.Bədəlov bir müddət əvvəl Nizami rayonu, Qara Qarayev prospektində yeni bir ticarət obyekti inşa etdirmək üçün torpaq sahəsi əldə edib. Həmin ərazidə Bədəlovun adamları yaşıllığı məhv edib, ağacları kəsiblər. Bu azmış kimi, indi də həmin torpaq sahəsinin ərazisini qanunsuz şəkildə və zorakı üsullarla genişləndirməyə çalışır.

Bədəlovun qoçu dəstələri ətrafda başqalarına məxsus olan əmlaka zərər vurur , insanlara narahatlıq yaradırlar. Bunun səbəbini soruşduqda, açıq şəkildə “Bədəl müəllimdən tapşırıq almışıq” deyə, bildirirlər. Maraqlıdır ki, bu qanunsuz davranışlara Nizami rayonu İcra Hakimiyyəti də göz yumur. İcra Hakimiyyətinin təmsilçiləri isə “korluğu” və “ karlığı” belə izah edirlər: “ Yuxarıdan göstəriş belədir”.

Lakin “yuxarı” deyilərkən konkret olaraq kimlərin nəzərdə tutulduğunu açıqlamırlar. Belə çıxır ki, məlum olmayan “yuxarılar” Nizami rayonu İcra Hakimiyyətini qanunsuzluğa sövq edir, özgəsinin əmlakına zərər vurmaq kimi cinayət əməlini dəstəkləməyi tapşırırlar. Hər halda İcra Hakimiyyətinin izahından bu qənaət hasil olur.

Bizim bildiyimiz bir həqiqət var ki, bu ölkədə sıravi vətəndaşın mülkiyyət hüququ ən ali səviyyədə qorunur! Bizim tanıdığımız bir “yuxarı” var ki, o da harın məmurun, özbaşınalıq edən sabiq məmurun deyil, vətəndaşın, sahibkarın, vergi ödəyicisinin yanındadır! Özü də bizim tanıdığımız “ yuxarı” hamıdan yuxarıdadır! Gərəkdir ki, Nizami İcra Hakimiyyəti də bu həqiqəti dərk etsin! Onların “yuxarı” dediyi haradır? Kimdir? Bədəl Bədəlov hansı haqla Nizami rayonunda vətəndaşların əmlakına zərər vurur, əlavə ərazi zəbt etməyə çalışır ki, İcra Hakimiyyəti onun qarşısında acizlik nümayiş etdirir?

Bədəl Bədəlov kimi korrupsiyada ad çıxarmış sabiq məmurun Nizami İcra Hakimiyyəti üzərindəki hökmranlığı nəyə söykənir? Bütün bu suallara növbəti yazımızda cavab verəcəyik. Yəqin bundan sonra vurulmuş məmurun hələ də Bakıda, xüsusən Nizami rayonunda “at oynatmasından” “yuxarılar da” xəbər tutacaq… (missiya.az)

Sabiq məmur yaşıllığı məhv edib biznesini genişləndirir – İcra Hakimiyyəti göz yumur + FOTOLAR

Sabiq məmur yaşıllığı məhv edib biznesini genişləndirir – İcra Hakimiyyəti göz yumur + FOTOLAR

Sabiq məmur yaşıllığı məhv edib biznesini genişləndirir – İcra Hakimiyyəti göz yumur + FOTOLAR

Sabiq məmur yaşıllığı məhv edib biznesini genişləndirir – İcra Hakimiyyəti göz yumur + FOTOLAR

Sabiq məmur yaşıllığı məhv edib biznesini genişləndirir – İcra Hakimiyyəti göz yumur + FOTOLAR

Sabiq məmur yaşıllığı məhv edib biznesini genişləndirir – İcra Hakimiyyəti göz yumur + FOTOLAR


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər