Gündəm

Bu idarənin sabiq rəisləri barədə cinayət işi başlandı - 1 milyonluq mənimsəmə

"MUMtv.az" xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev və digər əməkdaşların qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Baş prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ibtidai istintaqla qeyd edilən şəxslərin qabaqcadan əlbir olaraq iş yoldaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin köməkçiliyi ilə həmin İdarədə formal olaraq işçi kimi rəsmiləşdirdikləri çoxsaylı şəxslərin əməkhaqqı kartlarını götürərək maddi yardım, əməkhaqqı və nəqliyyat vasitələrinə ayrılan yanacaqla bağlı kartlara köçürülmüş ümumilikdə 1 milyon 830 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ağabəy Ağayev və Mahir Əliyevin cinayət yolu ilə əldə edilmiş pul vəsaitini özləri və qohumlarının adına müxtəlif əqdlər bağlamaqla Bakı şəhəri və Masallı rayonunda çoxsaylı daşınar və daşınmaz əmlaklar alaraq leqallaşdırmaları, eləcə də, Ağabəy Ağayevin ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alması ibtidai istintaq zamanı sübuta yetirilib.

Toplanmış sübutlar əsasında Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2, 179.4 (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), Mahir Əliyev və Əjdər Fətullayevə həmin Məcəllənin 179.4, 308.2-ci, Sədrəddin Ağababayev və İsmayıl Əlizadəyə isə qeyd olunan Məcəlləsinin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə kömək etmə) və digər maddələrilə ittiham elan edilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslər və onların ailə üzvlərinə məxsus daşınar və daşınmaz əmlaklar üzərinə həbs qoyulub.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR... - "ƏMİN" ƏLLƏRDƏDİR...

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

"Meliorasiya və Su Təsərrüfatı"nın 2 idarəsi birləşir

Azərbaycanlı müğənni kamerunlu bəylə evlənib - VİDEO

Məhkəmə onlarla bağlı qərar VERDİ

Rəhmon Putini miqrantlar məsələsini müzakirə etməyə dəvət EDİB

Xocalıda insan qalıqları TAPILDI

Dövlət Su Ehtiyatları Agentliyinin daxilində gərgin anlar yaşanır - ŞOK məlumat

İlin sonuna kimi Cəbrayıla 712 ailə köçürüləcək - VİDEO

Bu Avropa ölkələri Fələstinin müstəqilliyini tanıya bilər

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq

Baş müstəntiq rəis müavini təyin edildi

Naxçıvanın incəsənət xadimlərini təltif olundu

Ukraynada məhkumlar səfərbərliyə cəlb ediləcək

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi - FOTO

Bakının bu küçələri bağlı olacaq - Sürücülərin nəzərinə

NATO Ukraynaya qoşun göndərməyəcək

Sabah Bakıda 23 dərəcə isti olacaq

Bəzi incəsənət xadimlərinə Prezidentin mükafatları verildi

Bu şəxslərə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Prezidentdən Ömər Eldarovla bağlı SƏRƏNCAM

Rusiya səfiri Yaponiyanın ABŞ-ın atom bombası ilə bağlı siyasətini ikiüzlülük adlandırdı

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edildi

“WhatsApp”da yenilik

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

Bütün xəbərlər