Gündəm

Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi Şəmil Bədəlovun cərrahiyyə maxinasiyalarından qazanıb topladığı topdağıtmaz paralarını müxtəlif şəxslərə sələmə verdiyi, Rübail Hüseynov adlı iş adamı ilə aralarında yarım milyonluq ciddi "pul davası" olduğu üzə çıxır.
Mumtv.az bildirir ki, "Demokratik.Az"-ın əldə etdiyi bir telefon danışığında bəlli olur ki, həkim Şəmil Bədəlov müxtəlif vaxtlarda kürəkəni Asif İmamquliyevin də şəriki olduğu iş adamı Rübail Hüseynova qazanc əldə etmək məqsədilə ümumilikdə 585 min manat borc pul - sələm verib. Sonradan isə tərəflər arasında münaqişə, böyük qalmaqal baş qaldırıb. İş böyüyüb və hər iki tərəfin şikayətləri əsasında polis və prokurorluq orqanları tərəfindən araşdırmalar aparılıb.
Qalmaqalda adıkeçən Rübail Hüseynovun iş üzrə proseslərdə bir neçə dəfə həbs olunduğu və hazırda iş materiallarının Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğu bildirilir.
Audiosəs - telefon danışığından aydın olur ki, tərəflər bir-birlərini aldatmaqda, dələduzluqda ittiham edir, həkim Şəmil Bədəlov isə bir az da irəli gedərək qarşı tərəflə hədə-təhdid dilində danışır. Həkim qarşısındakını ya həbs etdirmək və ya öldürtdürmək istəyir.
Bütün bunlar bir yana, bir baş həkimin hansı halal yolla 100 minlərlə manat vəsait əldə etdiyi, Bakı və Gəncədə bir neçə villanı və bahalı avtomaşınları hansı şəffaf gəlirlə aldığı ictimaiyyətə aydın deyil.
Təqdim etdiyimiz TELEFON DANIŞIĞI zamanı bir sıra mətləblərə tam aydınlıq gətirilir.
(mövzu diqqətimizdədir)


Son xəbərlər

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Bütün xəbərlər